Aİ Ukraynaya yardımla bağlı razılaşdı - Kiyevə əlavə 50 milyard avro ayrıldı

img

01-02-2024 [16:35]


Avropa İttifaqı (Aİ) Ukraynaya öz büdcəsindən əlavə 50 milyard avroluq dəstək paketi barədə razılığa gəlib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının sədri Çarlz Mişel sosial media hesabında açıqlama verib: "27 ölkə lideri Aİ büdcəsi çərçivəsində Ukraynaya əlavə 50 milyard avro dəstək paketi barədə razılığa gəlib".

Bunun Ukrayna üçün sabit, uzunmüddətli və proqnozlaşdırıla bilən dəstək zəmanəti demək olduğunu ifadə edən Mişel bildirib ki, Aİ Ukraynaya dəstək verməkdə liderlik və məsuliyyət daşıyır: "Biz təhlükənin ölçüsünün fərqindəyik".

Xatırladaq ki, Aİ Komissiyası yaxın 4 ildə Ukraynaya fasiləsiz dəstək vermək üçün 2024-27-ci illər büdcəsinə 50 milyard avroluq fondun daxil edilməsini istəyib. 26 üzv bunu dəstəklədiyi halda, Macarıstan müxtəlif səbəblərdən buna qarşı çıxdığı üçün layihəni həyata keçirmək mümkünsüz olmuşdu. Bleə ki, Macarıstanın baş naziri Viktor Orban 2023-cü ilin dekabrında keçirilən Aİ Liderlər Sammitində yekdilliklə qəbul edilən qərara veto qoymuşdu.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR