Soyunub pəncərəyə çıxdı; tıxac və qəza baş verdi - FOTOLAR

img

18-06-2014 [13:46]


Avstriyanın paytaxtı Vyanada günorta saatlarında uzun bir tıxac və qəza baş verib. Qəzanın səbəbi isə pəncərədə günəşlənən çılpaq qadın olub. Avtosfer.az-ın məlumatına görə, Vyanada günün günorta çağı binanın 3-cü mərtəbəsində pəncərədən ayaqlarını aşağı sallayaraq çılpaq halda günəşlənən qadın yolda tıxaca səbəb olub. Hadisə haqqında danışan şahidlərdən biri "Mən onu ilk dəfə görəndə elə bildim ki, məni gün vurub", - deyib. Qəzaya səbəb olan sürücü bir anda diqqətinin yayındığını və karıxdığı üçün yolu görmədiyini deyib.

Onu da qeyd edək ki, qadının pəncərəsinə heç bir günəş işığı düşmürmüş. Belə olan halda onun nəyə görə çılpaq uzanıb günəşlənməsinin səbəbi bilinmir.

Avtosfer.az



Digər xəbərlər
SON XƏBƏRLƏR