Türkiyədə partiya funksionerinə sui-qəsd oldu - 7 güllə sıxıldı (FOTO)

img

01-02-2024 [00:33]


Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda evinin qarşısında silahlı hücuma məruz qalan İYİ Partiyasının keçmiş Manavgat rayon təşkilatının sədri Hüseyn Ergen güllələnib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Side məhəlləsi 1528 küçəsində baş verib. 

Məlumata görə, Hüseyin Ergenin maşınına yaxınlaşan naməlum şəxs ona atəş açıb. Lakin siyasətçi qaçaraq canını xilas etməyə çalışıb. Sui-qəsdçi isə onun arxasından atəş aça-aça düşüb. Ancaq onun sıxdığı 7 güllədən cəmi 2-si Hüseyn Ergenin ayaqlarına dəyib.

Daha sonra sui-qəsdçi hadisə yerindən qaçıb. Hüseyn Ergen isə xəstəxanaya aparılıb, onun vəziyyəti normalıdır.

Hazırda polis hadisə anını lentə alan təhlükəsizlik kameraları vasitəsilə sui-qəsdçini axtarır.

Hüseyn Ergen isə jurnalistlərə ilk açıqlamasında deyib ki, xəstəxanadan çıxan kimi məsələ ilə bağlı ətraflı danışacaq: "Mənim heç kimlə şəxsi ədavətm yoxdur, olmayıb. Bu xoşagəlməz hadisəyə səbəb son zamanlar siyasətdə yaşadığım gərginlikdən qaynaqlanan bilər...".

Firudin Səfərli

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR