Netanyahu: "İsrailli əsirlərin geri alınması üçün gizli işləyirik"

img

01-02-2024 [00:04]


"İsrailli HƏMAS-ın əlində olan əsirlərin geri alınması üçün gizli işləyirik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sensasiyalı məlumatı İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında əsir saxlanılan 26 nəfərin qohumları ilə görüşdə bəyan edib.

O bildirib ki, əsirlərin geri alınması üçün bütün imkanladan istifadə olunur: "Biz əlimizdən gələni edirik, lakin bu istiqamətdə nə qədər çox açıqlama verilsə, bir o qədər nəticəsizlik ehtimalı artır. Bu səbəbdən çox məələləri açıqlamırıq. Uğur qazanmaq istəyiriksə, gizliliyə əməl etməliyik. Sizi çox gözəl anlayıram, ancaq xahiş edirəm, bizi də anlayın. İnanıram ki, yaxın günlərdə sevindirici xəbərlər olacaq".

Firudin Səfərli

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR