Əli Əsədov Türkiyənin təhsil naziri ilə görüşüb - FOTO

img

31-01-2024 [16:36]


Yanvarın 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekinlə görüşüb.

Nazirlər Kabinetindən Mia.az-a bildirilib ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

Təhsil sahəsi Azərbaycan-Türkiyə əlaqələrinin vacib istiqaməti kimi dəyərləndirilib, bu sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR