Bayden: "Yaxın Şərqdə daha geniş müharibəyə ehtiyacımız yoxdur”

img

31-01-2024 [00:03]


"İordaniyada hərbçilərimizə hücuma necə cavab verəcəyimizi qərarlaşdırmışam".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden İordaniya-Suriya sərhədindəki hərbi bazaya PUA ilə hücumla bağlı Florida ştatına gedərkən jurnalistlərin suallarına cavabda deyib.

O, qərarın detallarını açıqlamayıb. Bayden, sadəcə, əlavə edib ki, ABŞ bölgədə birbaşa döyüşə girmək niyyətində deyil: "Məncə, Yaxın Şərqdə daha geniş müharibəyə ehtiyacımız yoxdur”.

Xatırladaq ki, bir neçə gün əvvəl İordaniya-Suriya sərhədindəki “Qüllə 22” bazasına edilən hücumda 3 ABŞ əsgəri həlak olub, 40-dan çoxu isə yaralanıb. ABŞ hücuma görə İranı günahlandırsa da, rəsmi tehran bu iddiaları rədd edib. 

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR