Türkiyədə müxalif deputatın mandatına xitam verildi - Parlamentdə gərginlik yarandı (FOTO)

img

30-01-2024 [18:21]


Türkiyə İşçi Partiyasının Hataydan millət vəkili seçilmiş Can Atalayın deputat mandatı bu gün parlament  qərarı ilə ləğv edilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qərara əsasən deputat barədə 18 illik həbs cəsası olduğundan mandata xitam verilib.

Məlumata görə, qərar oxunarkən parlamentdə gərginlik böyüyüb, deputatlar masaları yumruqlayaraq divana doğru addımlayıblar. Bir qrup müxalif deputatlar qərarın oxunmasına mane olmağa cəhd ediblər.

Lakin iclasa sədrlik edən Bəkir Bozdağ qərarı oxuyaraq qüvvəyə mindiyini elan edib.

Xatırladaq ki, Can Atalay 2022-ci ildə "Gezi olayları"na görə həbs olunub. 2023-ün may ayında isə o, həbsdə ola-ola Hataydan deputat seçilib.

Onu da qeyd edək ki, Atalayın əmisi, İşçi Partiyasının Amasiya təşkilatının sədri Şərafətin Atalay 1964-cü ildə öldürülüb. 

Lamiyə Əhmədli

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq