Vüqar Rəhimzadə: "Qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar"
30-01-2024 [17:30]
"Bu gün qalib, ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş Azərbaycanın uğurlarından sonsuz fəxarət hiss ilə bəhs edirik. Son üç ilin qürurverici hadisəsi olan tarixi Zəfərimiz Azərbaycan gəncliyinin hansı potensiala malik olduğunu, torpaq, Vətən sevgisini nümayiş etdirdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin suverenliyimizin tam təmin olunmasının dünyaya təqdimatlarından olan Xankəndi şəhərində ötən ilin 8 noyabr tarixində, Zəfərimizin üçünçü ildönümü münasibətilə keçirilən hərbi paradda söylədiyi «Maddi-texniki təchizat, silah-sursatla təchizat, ordumuzun döyüş qabiliyyətinin qaldırılması və ilk növbədə, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi - budur, qələbəyə aparan əsas amillər. Nə qədər sənin silahın, sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah əsgərdir, zabitdir. O, sinəsini qabağa verir, o, ölümə getməyə hazırdır və biz bunu göstərmişik. Ən çətin, əlverişsiz coğrafi vəziyyətdə altı müdafiə zolağını yararaq, döşənmiş bir milyondan artıq minanın üzərindən keçərək, təpələrdə yerləşmiş düşmən mövqelərini məhv edərək, Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq və şücaət göstərmişdir” fikirləri özündə bütün məqamları ehtiva edir.
Bugünümüzün reallıqları Ümummilli Lider Heydər Əliyevin vaxtilə söylədiyi bu çağırışın təsdiqidir: “Gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır.” Bu kimi çağırışlar sırasında belə bir mühüm məqam da qeyd edilirdi ki, gənclərimiz tariximizi, dilimizi, milli-mənəvi dəyərlərimizi, mədəniyyətimizi yaxşı bilməli, inkişaf etdirməli, onların əsl təbliğatçısına çevrilməlidirlər. Gənclərimizin milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə edilməsi bütün dövrlərin əsas hədəfləri sırasında olub. Gənclərə diqqət və qayğı Ümummilli Liderin hakimiyyətinin hər iki dövründə həyata keçirilən siyasətin əsasını təşkil edib. Hələ hakimiyyətinin birinci mərhələsində ölkəmizin müstəqil gələcəyini düşünən Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərini keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərirdi. Bu, gənclərin yüksək təhsil əldə etmələri ilə yanaşı, Azərbaycanın varlığının, onun tarixinin, milli-mənəvi dəyərlərinin, elminin təbliğində öz sözünü dedi. Hərbi kadrların yetişdirilməsi məqsədilə Ümummilli Liderin gərgin səyləri nəticəsində Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı. 1993-cü ildə Ümummilli Liderin xalqın təkidli tələbi ilə müstəqil Azərbaycan respublikasında hakimiyyətə qayıdışından sonra gənclərə diqqət və qayğı dövlət siyasətinin əsasına çevrildi. Gənclər dövlətimizin onlara göstərdiyi inam və etimadı doğrultmaq üçün ölkə həyatının bütün sahələrində fəallıqlarını daha da artırdılar. Məhz bütün bunların məntiqi nəticəsidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir".
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə Mia.az-a açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.
Ümummilli Liderin Fərmanı əsasında 2 fevral Gənclər Gününün təsis edilməsi, ölkə Prezidenti İlham Əliyevin sərəncamları əsasında 2007-ci ilin “Gənclər İli”, 2020-ci ilin “Könüllülər İli” elan edilməsi gənclərə böyük etimadın göstəricsidir. Gənclərimizin potensialından səmərəli istifadə, həmçinin onların inkişafını təmin etmək, ölkənin ictimai-siyasi həyatında fəallıqlarını artırmaq məqsədilə mühüm Dövlət proqramları təsdiqlənir və uğurla icra edilir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, gənclərimiz ölkəmizdə keçirilən bütün seçki proseslərində xüsusi fəallıqları ilə diqqətdə olurlar. Hazırda bu fəallıq, ab-hava özünü daha aydın şəkildə büruzə verir. Azərbaycana zəfərlər qazandıran, gənclərin öz potensial imkanlarını səfərbər etmələri üçün geniş meydan açan, onların dövlət idarəçiliyində irəli çəkilməsini əsas hədəf kimi qarşıya qoyan siyasətin uğurlu nəticələri göz önündədir. Cənab İlham Əliyev tarixi Zəfərimizin reallıqları fonunda keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında bu çağırışı etmişdir: “Hər dövrün öz tələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq.” Bu gün gənclərin dinamizmi ilə yaşlı nəslin təcrübəsi arasında vəhdətin yaradılması əsas çağırış kimi qarşıya qoyulub. Yeni Azərbaycan Partiyasının tərkibində Veteranlar Şurasının yaradılmasını önəmli addım kimi dəyərləndirən Prezident İlham Əliyev bu çağırışı etdi ki, gənc nəslin nümayəndələri ilə görüşlər keçirilməli, onlara Azərbaycan həqiqətləri barədə məlumatlar verilməlidir. Gənc nəsil bilməlidir ki, biz nəyin bahasına bugünkü reallıqları əldə etmişik.
YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, ölkə gənclərinin böyük əksəriyyəti gələcək taleyini Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP-a bağlayaraq bu siyasi təşkilatda potensiallarını nümayiş etdirmək üçün böyük meydan görürlər. Bugünkü gənclər bütün sahələrdə vətəndaşlıq mövqelərini sağlam düşüncə tərzi ilə təsdiqləyir, zamanın tələblərinə əməli işləri ilə cavab verməyə hər zaman hazır olduqlarını bildirirlər. Dövlət quruculuğu işlərində gənclərə daha çox üstünlük verilməsi yeni nəslə inam və etimaddan qaynaqlanır. Hazırkı dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu nəzərə alsaq bu gün Azərbaycan gənclərinin yeni texnologiyaların mənimsənilməsinə və tətbiqinə göstərdiyi maraq diqqətdən kənarda qalmır. Heç də təsadüfi deyil ki, Azərbaycan beynəlxalq aləmdə innovasiyalar ölkəsi kimi tanınır. Azərbaycan brendi kimi dünyaya səs salan, yeniliyin təqdimatı olan “ASAN xidmət”, DOST mərkəzlərindən çalışanların böyük əksəriyyəti gənclərdir. Gənclərimizin könüllülər hərəkatı “ASAN xidmət”dən başlanıldı. Onlar burada əldə etdikləri təcrübədən bəhrələnərək digər sahələrdəki fəaliyyətlərində bu yenilikləri geniş tətbiq edirlər. Müasir dünyagörüşünə, biliyə malik olan gənclik öz ideyaları ilə gələcək inkişafa böyük töhfə verməyə səy göstərir. Bu, Azərbaycan gənclərinin dövlət başçısı İlham Əliyevin “Biz daim irəli baxmalıyıq” çağırışını əməli fəaliyyətləri ilə təsdiqləmələrinin göstəricisidir.
Vüqar Rəhimzadə vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” fikri dövlət gənclər siyasətinin fəlsəfi və ideoloji əsası olmaqla daim aktualdır və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir. Azərbaycan gənclərinin inkişafına Heydər Əliyev Fondu misilsiz töhfələr verir. Belə ki, Fond Azərbaycan gənclərinin fərdi və peşəkar inkişafı naminə müxtəlif istiqamətlər üzrə layihələr həyata keçirir. Məqsəd gənclərin hərtərəfli yetişdirilməsi, onların Azərbaycanın gələcək inkişafına öz potensial imkanlarından istifadə etməklə töhfələr vermələridir. Prezident İlham Əliyevin “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” fikirləri gənclərimizdə özünəgüvən hissini daha da artırır, onlar dövlətimizin başçısının ətrafında daha sıx birləşərək gələcəyə böyük inamla, yeni-yeni hədəflərlə irəliləyirlər. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Biz haqlı olaraq gənclərimizlə fəxr edirik".
MİA.AZ
Heydər Əliyev Mərkəzində “20 ilin sədası” adlı konsert proqramı keçiirlib - FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda həkimi bıçaqlayıblar
"Real Madrid" 36-cı dəfə La Liqa çempionu olub
Ceyhun Bayramov Qambiyada Hakan Fidanla görüşüb
59 yaşlı kişi 67 və 58 yaşlı iki nəfəri güllələyib, daha sonra isə... - Şəkidə şok olay
Sabah Bakıda bu yollar bağlanacaq
Tovuz rayonunda zəlzələ olub
Prezident Türkiyə ilə bağlı daha iki qanunu təsdiqləyib
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - Sərəncam
Bakıda 58 yaşlı şəxs adam öldürüb
Nigar Köçərli: "Bu işlə məşğul olub milyonçu olmaq olmaz" - "Bir çox qadınlar kimi qır-qızıla üstünlük vermirəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İtaliya XİN: "Biz Ukraynaya qoşun göndərməyəcəyik"
"Beşiktaş" son saniyə qolu ilə qazandı
Müdafiə Nazirliyində 143 minlik mənimsəmə: general və keçmiş idarə rəisləri hesab verir - Məhkəmə prosesi
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
Ərdoğandan Özəllə görüşü haqda ilk açıqlama: “Türkiyənin buna ehtiyacı vardı" - "Siyasətin yumşalmasını istəyirəm"
Naxçıvan Dövlət Universiteti haqda qərar imzalandı
Əli Əsədov ƏƏSMN-lə bağlı yeni qərar imzalayıb
Onlar pensiyaya daha tez çıxacaq - Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev fərman imzalayıb
Yağış yağacaq - Xəbərdarlıq
“Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlanıb
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verildi
İŞIQ və QAZ XƏTLƏRİNƏ NEÇƏYƏ QOŞULMAQ OLACAQ? - Qiymətlər açıqlandı (Qərar + DETALLAR)
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib
Vilayət Eyvazov generalı özünə müşavir təyin edib - DİN-də növbəti dəyişiklik (FOTO)
Pakistanda sərnişin avtobusu aşıb: 20 nəfər ölüb
Şimali Koreya xaricdən tələbələrin ölkəyə girişinə icazə verdi
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb - SİYAHI
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib - FOTO
Rəsmi Moskva: "Makronun açıqlamaları təhlükəlidir" - "Rusiya əsgərləri ABŞ bazasına yerləşdirilir"
COP29.az vebsaytı istifadəyə verilib
İcra başçısını güllələyənlə bağlı daha bir qərar verildi
Türkiyə klubu zəlzələdə ölən futbolçunun pulunu ailəsinə ödəməyib
Gömrük Komitəsində əməliyyat: rəis istintaqa cəlb olunub (Yenilənib)
General Kərəm Mustafayev İranda - Hərbi əməkdaşlıq və...
Ceyhun Bayramov Qambiyaya gedib
Erməni mediası niyə qorxuya düşüb? - TƏHLİL
GÜRCÜSTANDAKI GƏRGİNLİYİN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ: "Əliyev hər kəsə göstərdi ki, Putinlə anlaşmaq mümkündür"
ABŞ müdafiə naziri: "Qəzzada bizim əsgərlərimizə hücum gözləmirəm"
Sabah hava necə olacaq? - Proqnoz