"Qassam Tuqayları": "Təl-Əvivi raketlərlə vurduq" - İsraildən "12 raket atıldı" açıqlaması gəldi

img

29-01-2024 [21:20]


"İsrailin paytaxtı Təl-Əvivi raketlərlə vurduq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sensasiyalı bəyanatı HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Tuqayları verib.

Bildirilib ki, İsrailin Qəzza zolağında törətdiyi qırğınlara cavab olaraq İsrailin paytaxtı Təl-Əvivə raketlərlə zərbə endiirlib.

İsrailin Kanal 12 televiziyası iddianı təsdiqləyib: "Bu gün Təl-Əvivin mərkəzi bölgəsində həyəcan siqnalları verildi. Qəzza zolağından Təl-Əvivə doğru ən azı 12 raket atılıb. “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemi həmin raketləri havada vurub. Ətrafda bu səbəbdən partlayış səsləri eşidilib"

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR