ABŞ-ın Suriyadakı bazasına raket zərbəsi endirilib

img

29-01-2024 [17:03]


ABŞ-ın Suriyadakı bazasına raket zərbəsi endirilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Suriyanın Həsəkə vilayətində ABŞ qüvvələrinin yerləşdiyi Şəddadi bazası ətrafında raket hücumu həyata keçirilib.

Məlumatda hücumda hər hansı itki olub-olmadığı haqqında informasiya hələlik verilməyib.

ABŞ tərəfi də  hücumla bağlı açıqlama verməyib.

Xatırladaq ki, ötəngün Suriya ilə İordaniya sərhədində ABŞ bazasına hücumda 3 əsgər ölüb, 34-ü isə yaralanıb.

ABŞ bu hücumda İranı məsul tutub.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR