İsrail qüvvələri mülki fələstinlilər arasında toqquşma: daha bir nəfər öldürülüb, saxlanılanlar var

img

29-01-2024 [10:09]


İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində fələstinlilər arasında toqquşmalar davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.

Qeyd olunub ki, İsrail ordusu İordan çayının qərb sahilindəki Cenin Qaçqınlar Düşərgəsinə növbəti dəfə basqın edib: "Basqın zamanı qarın nahiyyəsindən güllələnən 21 yaşlı Sair Naim Hamu aparıldığı Əl-Hadef Tibb Mərkəzində dünyasını dəyişib. Bundan sonra İsrail qüvvələrinə qarşı  küçə nümayişləri daha da artıb. İsrail qüvvələri isə basqına qarşı çıxan fələstinlilərlə zor tətbiq edib, bir çox evə basqın edərək, qanunsuz axtarış və həbslər həyata keçirib. Həbs edilən Əhməd Fevzi Aliyat, Əhməd Memun Yasini, həmçinin tibb işçisi Camal əl-Kəndilin hələ də hara aparldıqları bəlli deyil. Hazırda Çeninin müxtəlif yerlərində basqına müqavimət göstərən fələstinlilərlə İsrail qüvvələri ilə arasında şiddətli toqquşmalar davam edir".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR