Nazir açıqladı: "İstanbulda kilsəyə hücum edənlər saxlanıldı" (Yenilənib)

img

29-01-2024 [00:27]


"İstanbuldakı Sarıyerdə kilsəyə hücum edən 2 şübhəli tutulub".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu məlumatı Daxili İşlər naziri Ali Yerlikaya sosial media hesabında yayıb.

O bildirib ki, dünən İstanbulun Sarıyer rayonundakı İtalyan kilsəsində 1 nəfərin ölümü ilə nəticələnən silahlı hücumla əlaqədar 2 qətl şübhəlisi qandallanıb: "Onları yaxalayan qəhrəman polisləri təbrik edirəm".

Xatırladaq ki, dünən Sarıyerdəki Santa Maria (Müqəddəs Məryəm) kilsəsinə iki nəfər hücum edərək, bir nəfəri güllələyiblər.

Hadisədən sonra Prezident Ərdoğan qatillərin 24 saat ərzində tutulacağı barədə yerli polisə göstəriş vermişdi.

***

Son məlumata görə, İŞİD terror təşkilatı kilsəyə hücumun məsuliyyətini üzərinə götürüb.

Nazir Ali Yerlikaya da tutulanların İŞİD üzvü olduğunu təsdiqləyib.

Qeyd olunub ki, bu hadisə ilə bağlı 50-dək şəxs saxlanılıb.

Lamiyə Əhmədli

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR