İordaniya hökuməti: "Suriya-İordaniya sərhədində ABŞ əsgərlərinə hücum olub"

img

29-01-2024 [00:12]


"Suriya-İordaniya sərhədində ABŞ əsgərlərinə hücum olub".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı İordaniya hökumətinin sözçüsü Muhenned Mubaydin açıqlayıb.

O, Tenef bazasına hücumun Suriya-İordaniya sərhədində həyata keçirildiyini və İordaniya qüvvələri arasında heç bir itki olmadığını açıqlayıb: "Hücumda 3 ABŞ əsgəri ölüb".

Sözçü qeyd edib k, ABŞ qüvvələrinin İordaniya sərhədi yaxınlığında olması iki ölkə arasındakı əməkdaşlıq müqaviləsinə uyğun olub.

Xatırladaq ki, sözçüsü Mubaydin bundan əvvəl "Əl-Mamleke TV"yə açıqlamasında ABŞ qüvvələrinə hücumun İordaniya ərazisində deyil, Suriya sərhədi yaxınlığında baş verdiyini demişdi.

Onu da qeyd edək ki, ABŞ əsgərlərinin yerləşdiyi Tenef bazası Suriya-İraq-İordaniya üçbucağında yerləşir.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR