"Tezliklə Sizi Azərbaycanda görmək arzusu ilə” - Hikmət Hacıyevdən Çavuşoğlu ilə Fəxrəddin Altuna mesaj

img

26-01-2024 [22:58]


Prezidentinin köməkçisi Hikmət Hacıyev AŞPA-nı qərəzli mövqeyinə görə qınayan Türkiyənin sabiq XİN başçısı Mövlud Çavuşoğlu ilə PA rəsmisi Fəxrəddin Altuna təşəkkür mesajı verib.

Mia.az xəbər verir ki, Hikmət Hacıyev bu barədə X sosial media hesabında yazıb: "Dəyərli Mevlüt bəy PACE-də Azərbaycana qarşı olan haqsızlıqla bağlı ifadə etdiyiniz qəti və birmənalı mövqeyinizə görə Sizə təşəkkür edirəm. Siz həmişə Azərbaycanın yanında olmusunuz! Tezliklə Sizi Azərbaycanda görmək arzusu ilə”.

***

Prezidentin köməkçisi Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altuna isə belə təşəkkür edib: “Dəyərli və əziz Qardaşım, daim Azərbaycana verdiyiniz dəstəyinizə görə təşəkkür edirəm. Hər zaman şəxsən və heyətiniz ilə birlikdə Azərbaycanın yanında olmusunuz”.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR