Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutu maşın alır: eyni tarixdə yaradılan iki şirkət və... - Sənədlər

img

26-01-2024 [09:27]


Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutu 2023-cü ilin dekabr ayının 15-də "Maşın və avadanlıqların satınalınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Mia.az Qlobal.az-a istinadla xəbər verir ki, bu satınalmanın məbləği 43.060 manat, qalibi isə "AKASİYA RR CORP" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1506535021) olub.

KTN rəhbərliyi yəqin Vüqar müəllimi TAM UNUDUB...

"AKASİYA RR CORP" MMC İnstitutun sözügedən satınalmasından iki ay əvvəl - 2023-cü ilin oktyabr ayının 2-də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli ev 57 ünvanı, qanuni təmsilçisi isə Həsənov Murad Əkbər oğludur.

KTN rəhbərliyi yəqin Vüqar müəllimi TAM UNUDUB...

"AKASİYA RR CORP" MMC-nin fəaliyyət profili, maddi-texniki bazası, müvafiq lisenziyaları, faktiki ünvanı barədə açıq internet resurslarında məlumat yoxdur.

Həsənov Murad Əkbər oğlunun təsisçisi olduğu daha bir təşkilatla - "KASKAD-DEN GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1806467141) ilə Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutu arasında 2023-cü ildə daha bir satınalma müqaviləsi imzalanıb.

Belə ki, İnstitut 2023-cü ilin noyabr ayının 17-də "Bioloji aktivlər" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. Bu satınalmanın məbləği 22.760 manat təşkil edib. Satınalmada yuxarıda qeyd edilən kimi "KASKAD-DEN GROUP" MMC qalib elan edilib.

KTN rəhbərliyi yəqin Vüqar müəllimi TAM UNUDUB...

"KASKAD-DEN GROUP" MMC Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutunun 2023-cü ilin dekabr ayının 15-də "Maşın və avadanlıqların satınalınması" lotu üzrə keçirdiyi satınalmada qalib elan etdiyi "AKASİYA RR CORP" MMC ilə eyni tarixdə - 2023-cü ilin oktyabr ayının 2-də qeydiyyata alınıb.

KTN rəhbərliyi yəqin Vüqar müəllimi TAM UNUDUB...

Şirkətin hüquqi ünvanı başqa (Sabunçu rayonu, Eldar Xəlilov ev 3) olsa da, qanuni təmsilçisi eyni şəxsdir - Həsənov Murad Əkbər oğlu.

Bu şirkətin də fəaliyyət profili barədə heç bir məlumat verilmir.

Eyni tarixdə yaradılan, qanuni təmsilçisi eyni şəxs olan MMC-lərin Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutunun sifarişçi olduğu satınalmalarda qalib gəlməsi bir sıra suallar yaradır.

Qlobal.az məsələ ilə bağlı Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutundan mövqe öyrənmək istəsə də, qarşı tərəf bu barədə danışmaq istəmədi.

Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutunda auditin nə zaman aparılması ilə bağlı Qlobal.az Hesablama Palatasından mövqe öyrənib.

Hesablama Palatasının açıqlamasında deyilir:

"Hesablama Palatası tərəfindən 2022-2023-cü illərdə Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutunda audit aparılmamışdır".

Qeyd edək ki, Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutu 1977-ci ildən fəaliyyət göstərir.

İnstitutunun 8 şöbəsi, 4 laboratoriyası var.

Xatırladaq ki, Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutunun direktoru Vüqar Səlimovdur.

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq