BMT: "Qəzzada vəziyyət çox faciəvidir, insanlar aclıq çəkirlər"

img

26-01-2024 [00:03]


"Qəzzada vəziyyət çox faciəvidir, insanlar yemək tapa bilmirlər".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin rəsmisi İnas Həmdan Anadliu Agentliyinə müsahibəsndə deyib.

O bildirib ki, ümumilikdə Qəzza zolağında, xüsusilə Qəzzanın şimalında vəziyyət fəlakət həddini aşıb: "Un, düyü kimi əsas ərzaq məhsulları yoxdur. Orada yaşayanlar zülm çəkir, aclıq çəkir, azca da olsa yemək tapa bilmirlər. Vəziyyət ən azı acınacaqlıdır. Bu da xəstəliklərin kütləvi artması fonunda sözlə ifadə eidlməyəcək mənzəər yaradır...".

İsrailin qadağalarına görə bölgəyə humanitar yardımın çatdırılmasının mümkünsüz olduğunu vurğulayan BMT rəsmisi qeyd edib ki, bu, qəbul edilə bilən bir vəziyyət deyil: "Humanitar yardım konvoyları bölgəyə təcili yön almalı, onların təhlükəsizliyi təmin olunmalıdır...".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR