Mərkəzi Bank sığorta ilə bağlı yeni qərar verdi - Dəyişiklik

img

25-01-2024 [18:02]


Azərbaycan Mərkəzi Bankının Kollegiyası “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi Qaydası”nda dəyişiklik edib.

Mia.az xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımovun qərarına əsasən, bundan sonra hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin icra orqanının rəhbəri, eləcə də fiziki şəxs olan sığorta vasitəçisi 5 ildən bir attestasiyadan keçəcək. İndiyə qədər bu müddət 3 il idi.

Bundan başqa, attestasiyadan müvəffəqiyyətlə keçmiş sığortaçının rəhbər işçisi növbəti dövrlərdə sığorta sektorunda ardıcıl üç il müvafiq vəzifədə işləmədiyi hallarda, həmin şəxsin təkrar attestasiyadan keçməsi tələb olunmayacaq.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq