İsrail ordusu BMT-nin sığınacaq mərkəzini vurdu: 12 nəfər ölüb, yaralılar var

img

25-01-2024 [15:48]


İsrail ordusunun Qəzzanın cənubundakı Xan Yunisdə fələstinlilərin sığındığı Birləşmiş Millətlər Təşkilatının (BMT) sığınacaq mərkəzini yenə vurub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) direktoru Tomas Uayt açıqlama verib.

O bildirib ki, Xan Yunisdə mülki ərazilərə qarşı hücumlar qətiyyən qəbuledilməzdir və dərhal dayandırılmalıdır: "İsrailin sığınacaq mərkəzimizi bombalaması nəticəsində 12 nəfər həlak olub, yaralılarımız var. Onlardan 15-nin vəziyyəti ağırdır".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR