Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
25-01-2024 [00:00]
Qoç - çətin problemləri həll etmək üçün qeyri-formal şəraitdə danışıqlar aparmaq olar. Əməkdaşlığın yeni yolları, biznesin genişləndirilməsi və ya yeni müştərilərin axtarılması üçün təhlillərə zərurət duyulur. Tərəfdaş, şərik sizi dinləməyə hazırdır.
Günün ikinci yarısında mövqeyinizi açıqlamaqdan çəkinməyin. Qısamüddətli səyahət pis alınmayacaq. Yaxınlarınızın qeydinə qalın. Sevdiyiniz insanla münasibətləri yaxşılaşdırın. Ailə üzvləri ilə qarşılıqlı anlaşmaya nail olun. Axşam saatlarında dostlarla görüş istisna deyil.
Buğa - günün ilk yarısında işlərə başlamaq asan olmasa da, panikaya düşməyin. Sizi prosesdən yayındıra biləcək amillərin təsirlərini azaltmağa yönəlmiş addımlar atın. Saatlar keçdikcə əhvalınız yaxşılaşacaq. Apatiya, ətaləti qət edin. Mənfi şərtlərə rəğmən irəliləməyə can atın.
Günün ikinci yarısı alış-veriş üçün münasibdir. Çox pul xərcləməyin.
Yaxınlarınızla münasibətlərin sərinləşməsinə əsla imkan verməyin. Onların işlərinin gedişatı ilə maraqlanın. Axşam saatlarında sevdiyiniz işlərlə məşğul olun. Subaysınızsa, tale üzünüzə güləcək.
Əkizlər - cari işləri yarımçıq qoymayın. Fikriniz dağınıq olarsa, problemlər sürətlə artacaq. Təmkinli olun, səbrli davranın. Nikbin, enerjili olun. Rutin məsələlərin həllini ertələməyin.
Günün ikinci yarısında evdən çox uzaqda olmayın. Dostlar və yaxınlarınızın təkliflərini nəzərə alın. Sevdiyiniz insanla axşam saatlarında romantik anlar ruhunuzu dirçəldəcək. Pəhrizə, zərərli vərdişlərlə mübarizəyə başlamaq olar.
Xərçəng - rutin, gündəlik qayğılarla həmişəki işlər sizə bezdirici və cansıxıcı təsir bağışlaya bilər. Amma problemləri aradan qaldıranda təxəyyülü işə salsanız, ciddi irəliləyişlərə nail ola bilərsiniz. Bütün işlərə eyni vaxtda başlamayın.
Günün ikinci yarısında fəaliyyət sahəsində irəliləyiş şansları artacaq. İmkanların sayı az deyil. Buna rəğmən ən mühüm saydığınız istiqaməti seçin və bu sahədə çalışın. Mövqeyinizi var qüvvənizlə müdafiə etməyə can atmayın. Ən yaxın insanlarınızda belə, sizdən fərqli mövqelər var. Gərəksiz mübahisələrə, fikir ayrılıqlarına ehtiyac yoxdur.
Şir - bundan sonra nə edəcəyinizi düşünün. Fəaliyyətinizdə kənar amillərin təsiri nəticəsində ləngimələr və gecikmələr ola bilər. Yeni məlumatın alınmasında çətinliklər yaranacaq. Hansısa layihəyə başlamazdan əvvəl təfərrüatları, detalları nəzərdən keçirin.
Günün ikinci yarısı işgüzar əlaqələrin genişləndirilməsi, tərəfdaş və şəriklərlə danışıqlar, kommersiya layihəsinin həyata keçirilməsi istiqamətində konkret addımlar atmaq üçün münasib zamandır.
Nikbin əhvalınız işlərinizlə yanaşı, şəxsi münasibətlərinizə də təsir edəcək. Özəl həyatınızın bəzi gizlinlərini hətta ən yaxın dostlarınızla belə, bölüşməyin. Axşam saatlarında normal istirahət etməyə çalışın.
Qız - başlayacağınız işə hazırlıq səviyyəsi uğurunuzu müəyyənləşdirəcək. Yalnız səbatlı qərarlar verin. Fikirləriniz illüziyalarla əvəzlənməsin. İşlərin qaydasında olmasını istəyirsinizsə, emosional addımlar atmayın. Qüvvənizə və imkanlarınıza güvənin.
Günün ikinci yarısında yaxınlarınızla dostlarınız barədə şayiələrə inanmayın. Sözləriniz haqqında danışılan insana çata bilər. Naqolay duruma düşərək müdafiə olunmağa çalışmayın.
Tərəzi - səhər saatları təhlil və analiz üçün pis deyil. Mühüm işi ertələməyin. Yaxın perspektivdə görüləcək işlərin siyahısını hazırlayın. Ağır, habelə maliyyə vəsaiti tələb edən işlərdən bəzilərini heç bir problem olmadan ertələmək olar. Günün ikinci yarısında diqqətli olun.
Yaxınlarınızla məsləhətləşin, birgə fəaliyyəti planlaşdırın. Axşam saatları istirahət və əyləncə üçün münasibdir. Sevdiyiniz insana xoş anlar bəxş etməyə çalışın.
Əqrəb - səbrli, təmkinli olun. Yetərincə mürəkkəb situasiyadan çıxış yolunu asanlıqla tapa bilərsiniz. Yaxın ətrafınızdakı insanlardan birinin barənizdə mənfi düşündüyünü dərd etməyin. Kimsəyə fikir vermədən yolunuzla irəliləyin.
Günün ikinci yarısında mənfi anlar pozitiv situasiyaya çevrilə bilər. Dostlarınız və ya yaxınlarınızdan biri ilə bağlı mənfi fikirlər sizi təbdən çıxara bilər. Sevdiyiniz insanın soyuq münasibətindən inciməyin. Diqqət istəmək üçün diqqətli olmaq gərəkdir.
Oxatan - özünüzə və qüvvələrinizə həddən artıq güvənməyin. Təşəxxüslü davranış uğursuzluqlara səbəb ola bilər. İnadkarlıq etsəniz, başqalarının mövqelərini nəzərə almasanız, münaqişəyə səbəb olacaqsınız.
Günün ikinci yarısı ən müxtəlif işlərin həyata keçirilməsi istiqamətində yaxşı potensial vəd edir.
Sevdiyiniz insanla alicənab, qayğıkeş olun. Münasibətləri araşdırmayın, ötənlərdə yaşanmış olayları çözələyərək ortamı gərginləşdirməyin. Axşam saatlarına yaxın yeni layihəni reallaşdırmağa başlaya bilərsiniz.
Oğlaq - ailə qayğıları və məişət problemlərini günün ilk yarısında çözün ki, sonradan vaxt çatışmazlığı ilə qarşılaşmayasınız. Diqqətli olun. İşlərdə uğur qazanmaq üçün tapşırıq və ya sifarişin detallarına tam bələd olmalısınız. Yüksək səviyyəli peşəkar olduğunuzu göstərin.
Günün ikinci yarısında situasiya adi günlərdən ağır, qarışıq təsir bağışlaya bilər. Əməkdaşlıq etdiyiniz insanla danışın, suallarınıza cavab almağa çalışın. Etibar, etimad önəmli məqamlardır.
Dolça - nə istədiyinizi dəqiqləşdirməyə, məqsəd və hədəfləri konkretləşdirməyə çalışın. Problemlərin həllinə rasional yanaşma, konkret və praktik addımlar gərəkdir. Spontan yaranan problemlər əhvalınızı korlamamalıdır. Əsəblərinizi tarıma çəkəcək insandan uzaq olun.
Günün ikinci yarısında sözlərinizə fikir verin. Ehtiyatsızlıq, kobudluq və ya qabalıq yaxınlarınızı incidə bilər. Onlar bu olayı unutmayacaqlar və bir müddət sonra sizə xatırladacaqlar.
Balıqlar - günün ilk yarısında ən sadə, primitiv məsələlər sizi yora bilər. İşi düşünün, fikrinizi mənasız və aktual olmayan məsələlərə yönəltməyin. Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə hiyləgərliyə meylli olmayın. İntriqaların ömrü çox qısa olacaq.
Günün ikinci yarısı daha uğurludur. Adi ev işlərini yaxınlarınızla birlikdə yerinə yetirin. Verilən məsləhətlərdən faydalanın. Aşkar məqamları görün, situasiyadakı dəyişiklikləri sezin. Başqasının sözlərinə qulaq asmaqda, fərqli mövqelərdən hali olmaqda xeyir var.
Milli.Az
Avropa Liqası: "Fənərbağça" xorvat komandası ilə bacarmadı
İstanbulda vəkil güllələndi - FOTO
Sergen Yalçın qələbədən danışdı: "Rahat qazandıq"
Ankarada gərginlik böyüyür - Mansur Yavaşla sabiq sədr üz-üzə gəldi, bir-birini kompromatla hədələyirlər
Zelenski BMT-nin iclasında: "Rusiya Avropaya hüum planı hazırlayır" - "Moldova və Gürcüsan..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hakan Fidan Böyük Britaniyanın xarici işlər naziri ilə görüşüb
İlham Əliyev Portuqaliya prezidenti ilə görüşüb - Müzakirə
Prezident ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb - Nələr müzakirə edilib?
Yəmən İsraili PUA-larla vurdu - 20-dən çox yaralı var
Türkiyə - “Böyük İsrail” savaşı: Azərbaycan nə etməlidir? - TƏHLİL
Qəzzada can itkisi: daha 73 nəfər ölüb
İran Prezidenti BMT tribunasında: "Günahı edən başqası, ancaq..."
İlham Əliyev Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşüb
Sumqayıtda şok olay: 15 yaşlı uşaq 51 yaşlı kişini bıçaqlayıb
Bakıda kafedə qadın müğənni ilə ofsiant əlbəyaxa olublar
Millimizin heyəti açıqlandı - SİYAHI
İLHAM ƏLİYEVİN BMT-dəki TƏMASLARI... - TƏHLİL
Azercell “Talassemiyasız həyat naminə!” proqramı çərçivəsində qanvermə aksiyası keçirib - FOTOLAR
Roberto Martinesin evində oğurluq hadisəsi baş verib
Türkiyə İranla sərhədin 204 km-ə beton hasar çəkib - 91 km-də isə...
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Trampla İlham Əliyev arasında maraqlı dialoq: "Sizinlə bir yerdə olmaq mənim üçün şərəfdir"
İlham Əliyev və birinci xanım ABŞ-da rəsmi qəbulda - FOTO
Yusif Kazımov yeni vəzifəyə təyin edildi
FİFA penaltilərlə bağlı qaydanı dəyişir
Adnan Əhmədzadə apellyasiya şikayəti verməyib
"Rusiya əsl ayıdır" - Putinin sözçüsündən Trampın "kağız pələng" replikasına cavab gəldi
"Milan"ın İtaliya Kubokunda üzü güldü
Azərbaycan və Pakistan XİN başçıları görüşüb - ABŞ-da
Şahin Şıxlinskinin həbsi ilin sonuna qədər uzadılıb
Agentlik sədri onlara vəzifə verdi - FOTO
Rəsmi Tehran ABŞ-la dialoq yolunu qapatdı: "Zədələnmiş nüvə obyektləri yenidən qurulacaq"
Şahin Mustafayev Təbriz və Culfa şəhərlərində olub
İsrail Qəzzanı atəşə tutub - Daha 33 fələstinlini öldürülüb
“Azercell” qanvermə aksiyası keçirdi - FOTOLAR
İlhamə Elşadqızına 3 il cəza kəsilib
"Kəşfiyyatçı Xanı" Ağdamda qəbiristanlıqda minaya düşərək həlak olub - Üç qurumdan birgə açıqlama (YENİLƏNİB)
Sabah hava necə olacaq? - Proqnoz
EBRD Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
CHP-nin İstanbul təşkilatına konfrans keçirmək qadağan olunub
Joze Mourinyo uğursuzluq zolağından çıxa bilmir
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır