Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
26-01-2024 [00:00]
Qoç - uğurlarınız paxıllıq və həsəd doğura bilər. Bu isə sizi narahat edəcək. Adi günlərdən fərqli olaraq daha çox çalşımalı olacaqsınız. Xeyli əvvəl başladığınız və qüvvə sərf etdiyiniz işlərdən sizi kənarlaşdıra bilərlər. O işi özəlləşdirməyə can atmayın.
Günün ikinci yarısında nikbin olsanız, həmkar və tərəfdaş tapacaqsınız. Şəxsi münasibətlərdə sizi xoş anlar gözləyir. Yaxınlarınız sizə yardım və dəstək verəcəklər. Sevdiyiniz insan sizi anlamağa çalışır. Axşam saatlarında yorğunluq hiss edəcəksiniz.
Buğa - qəti qərar verməzdən əvvəl yaxşıca düşünüb-daşının. Situasiyanın üstün və zəif məqamlarını araşdırın. Şansınızdan yararlanın. Bu gün görəcəyiniz bəzi işlərin faydası olmayacaq, önəmli nəticələr verməyəcək. İtən əşyalardan biri tapılacaq.
Günün ikinci yarısında səbrli, təmkinli olun. Yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın. Dəyər verdiyiniz insanlarla təmaslarınızın səmimi olmasına çalışın. Özünüzdən bədgüman olmayın.
Əkizlər - maddi durumunuzu yaxşılaşdıra bilərsiniz. Situasiyanın sizdən asılı olan məqamlarını müəyyənləşdirin və hərəkətə keçin. Köhnə borclardan birinin qaytarılması, yaxud da gəlirlərin artırılması istisna deyil. Addımlarınızla qərarlarınız yaxın ətrafınızdakı insanlarda narazılıq, şübhə yaratmamalıdır.
Günün ikinci yarısında emosional problemlərdən yayına bilməyəcəksiniz.
Dostlar və tanışlarla ünsiyyət üçün pis zaman deyil. Başqaları barədə təşəxxüslə, aşağılayıcı formada danışmayın. İradlarla suçlamaların sayını azaldın. Əks təqdirdə inciklik uzun zaman unudulmayacaq. Səhhətinizə fikir verin.
Xərçəng - istedad və bacarıqlarınızı nümayiş etdirməyiniz üçün yaxşı zamandır. Nailiyyətləriniz asılı olduğunuz insanların diqqətindən yayınmayacaq. Əldə etməyə çalışdığınız məlumatların səhih olmasına çalışın. İnformasiyaların əksəriyyəti mənasız və məntiqsizdir.
Günün ikinci yarısında ən yaxın saydığınız, tam etibar etdiyiniz şəxslərdən birindən zərbə alacaqsınız. Həmin adam pisliyinizi istəmir. Fəqət, əməl bu səbəbdən neqativliyini itirmir.
Şir - maliyyə və daşınmaz əmlak məsələləri ilə bağlı fəaliyyətdə irəliləyişlər olacaq. Sizdən borc istəyəcəklər. Pulunuzun qədrini bilin. Kreditlərlə bağlı şirnikləndirici vədlərə aldanmayın.
Günün ikinci yarısında durum yetərincə sakitdir. Kənar təsirlərə uymayın, seçdiyiniz istiqamətdə irəliləməyə davam edin. Hisslərə qapılmayın. Axşam saatlarını özünüzə həsr edin.
Qız - situasiyanın qəfil dəyişməsi sizi yeni maliyyə mənbələrinin axtarışına vadar edə bilər. Hətta "qara gün" üçün saxladığınız pullara da zərurət duyacaqsınız. Yetərincə ambisioz, amma maraqlı layihədə iş təklifi alacaqsınız. Tələsməyin. Bütün qərarları yaxşıca düşünmək gərəkdir.
Günün ikinci yarısında şəxsi münasibətlərinizdə stabillik olmayacaq. Yaxınlarınızın bəzi sözləri xətrinizə dəyə bilər. Sevdiyiniz insanla münasibətlərdə diqqətli olun.
Uzun müddətdən bəri axtardığınız əşyanı qəflətən tapa bilərsiniz.
Tərəzi - yaradıcı enerjiniz az olmayacaq. Çətin intellektual problemlərin öhdəsindən gəlməyə çalışın. Emosiyalarınıza hakim olun, daxili qorxularınıza və təşvişlərə yenilməyin. Addımlarınızla qərarlarınızın soyuqqanlı, məntiqli olmasına can atın.
Günün ikinci yarısında yalan danışmayın, saxtakarlıq etməyin. Yaşam arealınızı təkmilləşdirmək, rekonstrukiya işləri aparmaq üçün pis gün deyil. Şəxsi ehtiyaclarınızla bağlı həllini gözləyən məsələləri çözün. Dəyər verdiyiniz insanlarla münasibətlərdə eqoist olmayın.
Əqrəb - gedişatına şübhə etdiyiniz işlərə başlamağa tələsməyin. Problemlərin həllində hiyləgər və fəndgir addımlar atmayın. Yalnız öz maraqlarınızı güdməyin, mənafelərinizi təmin etmək üçün yaxın ətrafınızdakı insanları incitməyin. Heç gözləmədiyiniz mənbədən yardım, dəstək, kömək ala bilərsiniz.
Günün ikinci yarısında yaxınlarınızla təmaslarda ifrata varmayın. Elə məqamlar var ki, onları müzakirə etməyə dəyməz. Daxili gərginlik əhvalınızı korlaya bilər. Yuxusuzluq istisna deyil.
Oxatan - maliyyə problemlərini günün ilk yarısından etibarən həll etməyə başlayın. Əlavə gəlir mənbəyinin aşkarlanması və ya kreditin alınması istisna deyil. İnvestisiyalar yaxın gələcəkdə gəlir gətirəcək. Problemlərin həllində yaradıcı yanaşma göstərin.
Günün ikinci yarısında ailə büdcəsinə bir daha nəzər salın. Qənaət rejimini seçin. Axşam saatlarında normal istirahət etməyə çalışın. Özünüzə qapanmayın. Yüz fikir bir borcu ödəməz.
Oğlaq - gərəkli insanlarla tanışlıqdan bəhrələnməyə çalışın. Problemləri həll etmək istəyirsinizsə, bilikli, təcrübəli insanlardan məsləhət alın. Texnika və ya avtomobil təmiri üçün münasib zaman deyil. Alış-verişdə çox pul xərcləməyin.
Günün ikinci yarısında yaxınlarınızın iradlarını və tələblərini anlayışla qarşılayın. Dəyər verdiyiniz insanlarla təmaslarda kobudluq etməyin.
Çoxdan bəri başlamaq istədiyiniz iş istiqamətində ilk addımlar atmaq olar.
Dolça - səhvlərinizdən nəticə çıxarın, başqalarının təcrübəsindən yararlanmağa çalışın. Əsas məsələ çalşıdığınız sahədə orientirləri dəqiq müəyyənləşdirməkdir. Belədə istənilən problemin öhdəsindən gələ bilərsiniz.
Günün ikinci yarısında fəaliyyət müstəvisində çətinliklər istisna deyil. İlkin hisslərə əsaslanaraq mövqeyini dəyişməyin. Çox işləməyiniz yaxınlarınızı narazı sala bilər. Onlar sizdən diqqət və qayğı gözləyirlər.
Balıqlar - çətin, qarışıq, laübəli bir gündür. Xoşagəlməz müzakirələrin mərkəzində ola bilərsiniz. Haqqınızda dedi-qodu və şaiyələrin sayı artacaq. Fikrinizi cəmləşdirin, sərvaxt olun. Psixoloji sınaqlara sinə gərin.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların sizə əziyyət vermək istədiklərini düşünməyin. Saatlar keçdikcə müsbət təmayüllərin təsiri güclənəcək. Şəxsi həyatınızda situasiya ağır deyil. Axşam saatları romantik anlar vəd edir.
Milli.Az
İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib: "Bu nəticələrin əldə olunmasında Trampın xüsusi rolu var"
İlham Əliyev Ərdoğana zəng edib - Nələr müzakirə olunub?
Cənubi Qafqazın ardınca növbəti geopolitik sövdələşmə məkanı: 15 avqust, Alyaska - Elxan ŞÜKÜRLÜ YAZIR
"Ölkəmiz qarşısında böyük imkanlar açılır..." - İlham Əliyev Baydeni ittiham etdi, Trampla şəxsi münasibətlərindən danışdı (MÜSAHİBƏNİN TAM MƏTNİ, VİDEO)
Gürcüstandan ABŞ-dakı tarixi anlaşmaya - Reaksiya
Bakıda və rayonlarda yağış yağacaq - Sabahın hava proqnozu
ATV-nin süjeti: "Əgər bizim məktəbə 1-ci sinfə qəbul olmayacaqdısa..." - 70 şagirdə bildiriş gəldi, nazirlik isə sonradan... (VİDEO)
ABŞ-da ÜÇTƏRƏFLİ TARİXİ ANLAŞMA: diqqət çəkən məqamlar... - TƏHLİL
Göyçayda zəlzələ oldu
"Hərdən deyirəm ki, kaş sənətə də gəlməzdim" - Afət Fərmanqızı
Paşinyan: "Artıq bir neçə aydır deyirəm ki..."
Ağdərədə yanğın törədən şəxs saxlanılıb
Mehriban Əliyeva: "Sülh sazişi istiqamətində mühüm addım atılıb"
Azərbaycan nefti bahalaşdı
"Sizin 9 nəvəniz var? Mənə əlavə sikkə verin. Siz gözəl danışıq aparırsınız" - Əliyevlə Tramp arasında maraqlı dialoq + FOTOLAR
ABŞ, Azərbaycan və Ermənistan liderləri bir arada: mühüm sənədlər və bəyannamə imzalandı, mesajlar verildi - VİDEO, FOTOLAR (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəzzada daha 17 nəfər öldürülüb
Ərdoğan: "Milli gəlirimiz ilk dəfə 1 trilyon dolları keçdi"
Prezidentin köməkçisi: “Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı!!!"
Naxçıvan İpoteka Fondu yenidən formalaşacaq
AzTV Su Ehtiyatları Agentliyinin fəaliyyətini tənqid etdi - VİDEO
Türkiyədə güclü yanğın: Çanaqqala boğazı bağlandı, universitet binası boşaldıldı - FOTOLAR
Qəzzada aclıq: daha 4 nəfər ölüb
ABŞ bu ölkə prezidentini narkobaron adlandırdı, başına 50 milyon dollar qoydu: "O, mütləq..."
İsrailin Brüsseldəki səfiri XİN-ə çağırılıb
Almaniya İsrailə silah ixracını dayandırıb - Kansler açıqladı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Rəsmi Bakıdan Tbilisiyə açıq dəstək: "Gürcüstanın suverenlik və ərazi bütövlüyü..."
Daşkəsəndə 30 yaşlı qadın baltalanıb (Yenilənib)
Kamran Əliyev vətəndaşları qəbul edib
Kolleclərə qəbulun nəticələri açıqlandı
Çində təbii fəlakət: 10 nəfər ölüb, 33 nəfər itkin düşüb
Güclü külək başlayacaq - Bu tarixdən
AZAL: "Aktauda qəzaya uğrayan təyyarəyə kənardan müdaxilə edilib"
"Trabzonspor" gənc oyunçu ilə 5 illik müqavilə imzalayıb
Nazım Sanqare "Gaziantep FK" ilə müqavilə imzaladı
"Vilyarreal" təcrübəli yarımmüdafiəçi ilə müqavilə imzalayıb
"Kasımpaşa" hollandiyalı sol cinah müdafiəçisi transfer edib
"Bilirəm ki, sabah xəstələnsəm, başımı yerə qoysam..." - Xalq artisti "Bundan sonra özüm üçün yaşayacağam" deyir
Danimarkada məktəbdə qan tökmək istəyən şagirdlər saxlanıldı
Sabahın hava proqnozu açıqlandı