Ərdoğan: "Qələbə Fələstinli qardaşlarımızın olacaq" - "Onları heç vaxt tək qoymayacağıq"

img

25-01-2024 [00:05]


"Bu prosesdə qələbə fələstinli qardaşlarımızın olacaq".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan İran Prezidenti İbrahim Rəisi ilə birgə qatıldığğı Türkiyə-İran Biznes Forumundakı çıxışında deyib.

Ərdoğan 110 gündür Qəzzada gedən savaşdan söz açaraq qeyd edib ki, Qəzza xalqı bəşər tarixinə utancla yazılacaq vəhşiliyin qurbanıdır.

Türkiyə və İranın iki regional güc olduğunu ifadə edən prezident Ərdoğan bildirib ki, Türkiyənin ilk gündən İsrailin Qəzza qətliamına qarşı vicdanlı və şərəfli mövqe sərgiləyib: "Biz 1967-ci il sərhədlərinə əsaslanaraq, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti qurulana qədər bu mübarizəni davam etdirəcəyik. Fələstinli qardaşlarımızı heç vaxt tək qoymayacağıq. Qanla qidalanan İsrail administrasiyasının işğaldan dönməsini gözləyirik. Bu prosesdə qələbə fələstinli qardaşlarımızın olacaq".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR