Macarıstan geri çəkildi: "İsveçin NATO üzvlüyünü dəstəkləyirik"

img

24-01-2024 [17:59]


"İsveçin NATO üzvlüyünü dəstəkləyirik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Macarıstanın baş naziri Viktor Orban NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığında deyib.

Bu barədə X sosial media hesabında paylaşım edən Baş nazir NATO-nun baş katibi Stoltenberqlə telefon danışığı ilə bağlı açıqlama verib: "Mən Stoltenberqə Macarıstan hökumətinin İsveçin NATO-ya üzvlüyünü dəstəklədiyini bir daha təsdiqlədim. Mən həmçinin vurğuladım ki, biz İsveçin daha tez üzvlüyünü ratifikasiya etməyə çalışacağıq".

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR