"Real Madrid" Arda Güləri icarəyə verir:  "Çantanı hazırla, gedirsən"

img

24-01-2024 [12:57]


Zədəsini sağaltmasına baxmayaraq, "Real Madrid"də oynaya bilməyən türk oyunçu Arda Gülər​in ​son "Almeriya" matçında baş məşqçi Ançelottiyə etirazı klub rəhbərliyini qəzəbləndirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, həmin oyunda meydana buraxılmamasına  etiraz edən Arda Gülər jiletini yerə çırparaq soyunma otağına yollanıb. Ki, bu da italiyalı məşqçinin xoşlanmadığı davranışdır.

Məlumata görə, bu səbəbdən türk oyunçu 1 il müddətinə "Real Sosyedad"a icarəyə verilməsi istiqamətində danışıqlar başlayıb.

Türk mətbuatı yazır ki, artıq Arda Gülərə "çantanı hazırla, gedirsən" tapşırığı verilib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq