AMXM-da Çin Yeni ili keçirilib - FOTO
MƏDƏNİYYƏT
24.01.2024, 12:38
Azərbaycan Milli Xalça Muzeyində “Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı”nın açılış mərasimi keçirilib.
Mia.az xəbər verir ki, tədbir Azərbaycan Milli Xalça Muzeyi və Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutunun təşkilatçılığı, Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin dəstəyi ilə baş tutub.
Yanvarın 28-dək davam edəcək festivalda qədim Çin çay mərasimi, kalliqrafiya (açıqcaların ieroqliflərlə yazılması), uşu, kunq-fu və s. üzrə biri-birindən maraqlı ustad dərsləri, ənənəvi bayram atributları iştirakçılara əsl Çin Yeni ili ab-havası yaşadır. Ecazkar ölkənin ənənəvi sənət nümunələri üzrə ustad dərsləri Bakıdakı Konfutsi İnstitutunun müəllimləri tərəfindən aparılır. Silsilə tədbirlərdə muzeyin Uşaq şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan xalçalarındakı əjdahalara həsr olunmuş kölgə teatr tamaşası göstərilir, əjdaha naxışlı xalçanın toxunması və bu mövzuya aid digər ustad dərsləri keçirilir. Festivalda iştirak ödənişsizdir.
“Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı” iki ölkə arasında mədəni əlaqələrin inkişafına və möhkəmlənməsinə töhfədir.
Festivalın proqramı
24 yanvar 2024-cü il, saat: 14:00 – 16:00
- “Tzyançjı” Çin kağızkəsmə sənəti texnikasında pəncərələr üçün Yeni il bəzəklərinin hazırlanması;
- kağızdan Çin fənərlərinin hazırlanması;
- sehrli çin düyünləri – Çin makrame texnikasında qolbağların hazırlanması;
- aplikasiya üsulu ilə vərninin hazırlanması;
- “Əjdahalı” xalça naxışları mövzusunda özün rənglə;
- “Azərbaycanın əjdahalı xalçaları” mövzusunda kölgə teatrı tamaşası.
25 yanvar 2024-cü il, saat 14:00 – 16:00
- uşu üzrə ustad dərsi;
- şəddənin toxunması;
- “Əjdahalı” xalça naxışları mövzusunda özün rənglə;
- “Azərbaycanın əjdahalı xalçaları” mövzusunda kölgə teatrı tamaşası.
26 yanvar 2024-cü il, saat 14:00 – 16:00
- Çin ənənəvi çay mədəniyyəti üzrə ustad dərsi;
- aplikasiya üsulu ilə vərninin hazırlanması;
- “Əjdahalı” xalça naxışları mövzusunda özün rənglə;
- “Azərbaycanın əjdahalı xalçaları” mövzusunda kölgə teatrı tamaşası.
27 yanvar 2024-cü il, saat 14:00 – 16:00
- kalliqrafiya (Çin açıqcalarının ieroqliflərlə yazılması) üzrə ustad dərsi;
- şəddənin toxunması;
- “Əjdahalı” xalça naxışları mövzusunda özün rənglə;
- “Azərbaycanın əjdahalı xalçaları” mövzusunda kölgə teatrı tamaşası.
28 yanvar 2024-cü il, saat 14:00 – 17:00
- Çin milli moda nümayişi və xalq rəqslər;
- aplikasiya üsulu ilə vərninin hazırlanması;
- “Əjdahalı” xalça naxışları mövzusunda özün rənglə;
- “Azərbaycanın əjdahalı xalçaları” mövzusunda kölgə teatrı tamaşası;
- Bahar bayramı (Çin Yeni ili) qala-konserti.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycanda 5.1 maqnitudalı zəlzələ oldu - Açıqlamalar (YENİLƏNİB)
Bugün, 15:42 GÜNDƏM
-
Milli Kibertəhlükəsizlik Agentliyi növbəti fişinq kampaniyası aşkarlayıb
Bugün, 15:40 PRESS
-
Hindistan XİN ABŞ-a nota verdi - Gəmi vurulub, dənizçilər həlak olub
Bugün, 15:26 DÜNYA
-
İrandan Hörmüz boğazı barədə - Açıqlama
Bugün, 15:10 DÜNYA
-
TƏBİB-də yoxlamalar davam edir: 9 nəfərlə müqaviləyə xitam verilib, 31 nəfər isə... (SİYAHI)
Bugün, 15:08 CƏMİYYƏT
-
Məcburi köçkünlərlə bağlı qanunlar dəyişdi
Bugün, 14:51 GÜNDƏM
-
SAXTA ŞİRKƏTLƏR YARADANLAR QANDALLANDI - 10-a yaxın şəxs məsuliyyətinə cəlb olundu
Bugün, 14:40 GÜNDƏM
-
Sosial şəbəkələrdə qadağa: nələr olacaq? - Deputatlar yeni qanuna "hə" dedi
Bugün, 14:38 PRESS
-
Xırdalandakı DOST Mərkəzində yanğın olub? - Açıqlama
Bugün, 14:14 CƏMİYYƏT
-
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri bu tarixdə işləməyəcək
Bugün, 14:05 CƏMİYYƏT
-
Milli Məclis daha bir qanun qəbul etdi
Bugün, 13:57 GÜNDƏM
-
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər
Bugün, 13:52 KRİMİNAL
-
Deputat Milli Məclisdə: "İnsanların kənddən şəhərə axını davam edir, buna görə..."
Bugün, 13:47 CƏMİYYƏT
-
Azərbaycanın Portuqaliyada səfirliyi açılacaq
Bugün, 13:46 GÜNDƏM
-
ABŞ və İran arasında yeni razılaşmanın detalları – 14 maddəlik paketdə nələr var?
Bugün, 13:29 GÜNDƏM
-
"Dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi qəbul olunub - Rəqəmlər
Bugün, 13:05 İQTİSADİYYAT
-
Sahil Babayev: "Naxçıvana dotasiya 25,2 milyon manat azalıb"
Bugün, 12:51 İQTİSADİYYAT
-
17 il əvvəl şübhəli qəzada ölən partiya sədriylə bağlı cinayət işi yeniləndi
Bugün, 12:51 DÜNYA
-
"Bu ədalətli deyil axı!" - Partiya sədri Əli Əsədova səsləndi
Bugün, 12:39 SİYASƏT
-
Sabah yağışlı hava olacaq
Bugün, 12:30 GÜNDƏM
-
"Mən Səlimi şəklinə baxaraq sevmişəm" - Zeynəb Xanlarova ərindən danışdı + VİDEO
Bugün, 12:30 MƏDƏNİYYƏT
-
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs olunub - Məhkəmə zalında
Bugün, 12:23 MƏDƏNİYYƏT
-
Müsavat Partiyası hökuməti ilə dostcasına razılaşma əldə edib - Avropa Məhkəməsinə şikayətlər geri çəkilib
Bugün, 12:20 SİYASƏT
-
Masallıda yaşlı qadın baltalanıb
Bugün, 12:15 KRİMİNAL
-
Şüvəlanda dənizdə çimən şəxs boğularaq ölüb
Bugün, 12:02 CƏMİYYƏT
-
Məşhur aktyor, müğənni, blogerlər barədə məhkəmə qərar verdi - SİYAHI
Bugün, 11:28 ŞOU-BİZNES
-
Zeynal Nağdəliyev müşavirədə: "Ölkəmizdə həyata keçirilən bu islahatlar..."
Bugün, 11:16 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev Putinə məktub göndərib: "Əminəm ki, birgə səylərimiz..."
Bugün, 11:02 GÜNDƏM
-
ABŞ İranın iki PUA-sını vurub
Bugün, 10:51 DÜNYA
-
DÇ-2026: Hakimin başındakı kamera…
Bugün, 10:40 İDMAN
-
"Son zəng" günü ilə əlaqədar məzunlara və valideynlərə - XƏBƏRDARLIQ
Bugün, 10:28 GÜNDƏM
-
Azərbaycanın Gürcüstandakı keçmiş səfiri vəfat edib
Bugün, 10:15 GÜNDƏM
-
Aysunun daha bir bacısı ortaya çıxdı: "Anamı yığın, necə ola bilər?" - VİDEO
Bugün, 10:11 ŞOU-BİZNES
-
Şəmkirdə kafedə dava: 28 yaşlı şəxsi ürəyindən vurdular
Bugün, 10:02 KRİMİNAL