BMT Baş katibindən xəbərdarlıq: "Qəzza xalqı sürətlə məhv edilir" - "Bölgədə təhlükəli viruslar da yayılır"

img

24-01-2024 [00:22]


"Qəzza xalqı tarixdə görünməmiş miqyasda və sürətlə məhvə olunur".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş deyib.

Onun sözlərinə görə, Qəzza xalqının kollektiv cəzalandırılmasına heç nə haqq qazandıra bilməz: "Acı da olsa, deməliyik ki, hazırda Qəzza xalqı tarixdə görünməmiş səviyyədə sürətlə məhvə məruz qalır. Orada  yarım milyondan çox insan ciddi aclıqla üzləşib, bölgəyə maneəsiz humanitar yardım əngəllənib, səhiyyə sistemi tamamilə çöküb. Bu səbəbdən, Qəzzada müxətlif yolxucu xəstəliklər sürətlə yayılır. Bəli, qəzzalılar təkcə bombalardan ölmür, onlar həm də bir çox yoluxucu xəstəliklərə yoluxma riski ilə üz-üzədirlər...".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR