Türkiyə İsveçin NATO-ya üzvlüyünə "hə" deyir - Parlament bu gün məsələni müzakirəyə çıxaracaq

img

23-01-2024 [00:03]


Bu gün Türkiyə Böyük Millət Məclisi (parlamenti) İsveçin NATO-ya üzvlüyünü müzakirəyə çıxaracaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokol ilk dəfə ötən ilin noyabrın 16-da parlamentin Xarici Əlaqələr Komissiyasının gündəliyində  müzakirə olunub.

Məlumata görə, üzvlük məsələsi ilə bağlı Protokol dekabrın 26-da Xarici Əlaqələr Komitəsi tərəfindən qəbul edilib və plenar iclasa tövsiyə olunub.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR