Yeni viruslar yayılır, nə etmək gərəkdir? - Professordan xəbərdarlıq
22-01-2024 [14:50]
Hazırda Rusiya və Gürcüstanda 3 əsas xəstəlik yayılıb: qızılca, göyöskürək və sarılıq. Ölkəmizə də hər iki qonşu ölkədən gediş-gəlişin çox olduğunu nəzərə alsaq, digər xəstəliklərin bizdə də yayılması şübhə doğurmur.
Qeyd edilir ki, artıq təcili yardımla xəstəxanaya aparılmaq üçün təkid edən xəstələrin çoxalması və qızılcadan ölümlərin olması, insanları xüsusilə narahat etməyə başlayıb.
Bundan əlavə, Bakıda və bir çox rayonlarda sarılıq ocaqlarının olduğu, artıq 3 aydır, uşaqlarda, sadəcə, öskürək və boğulma ilə müşayiət olunan virusun yayıldığı bildirilir.
Mia.az-ın məlumatına görə, ölkə ərazisində adıçəkilən xəstəliklərlə bağlı vəziyyəti Ölkə.Az-a şərh edən tibb üzrə ekspert, professor Adil Qeybulla bildirib ki, qloballaşan dünyada istənilən yoluxucu xəstəliyin uzaq bir ölkədən Azərbaycana gəlib çıxması tam realdır:
"O cümlədən də hazırda adı çəkilən xəstəliklərin ölkəmizdə yayılması təsadüfi deyil. Məsələn, göyöskürək bakteriya tərəfindən törədilən xəstəlikdir və uzun müddət uşaqlar arasında, xüsusilə də 2 yaşdan kiçik olanlar arasında çox təhlükəli infeksiya kimi qeydə alınıb, kütləvi tələfata səbəb olub. Göyöskürəyin vaksini tapıldıqdan sonra bütün dünyada tətbiq olunub və UNİCEF-in təklif etdiyi Milli Peyvənd Təqviminə daxil edilib. Təəssüf ki, həm koronavirus pandemiyasından xeyli müddət əvvəl, həm də pandemiya və ondan sonrakı dövrdə valideynlər sistematik şəkildə vaksinasiyadan yayınıblar. Qızılca, göyöskürək, difteriya və digər xəstəliklərin yayılması və indiki mənzərənin yaranmasında da bu amilin güclü rolu var".
Həkim deyib ki, göyöskürək peyvəndi vurulan şəxslər özləri xəsətələnməsələr də, onlarda bakteriyalar qala və digər peyvənd olunmamış uşaqlar üçün təhlükə yarada bilir:
"Məsələnin qəliz tərəfi də bundan ibarətdir. Bu xəstəliklərin baş verməməsi üçün peyvənd olunmaqdan başqa yol yoxdur. Peyvənd olunmayan uşaq nəinki özü üçün, həm də ətrafdakılar üçün təhlükəlidir. Valideynlər bunu nəzərə almalıdırlar. Yaranmış epidemioloji vəziyyət bəzən nəzarətdən çıxa bilər. Bu baxımdan hamımız ayıq-sayıq olmalıyıq".
A.Qeybulla sarılıq xəstəliyindən də söz açıb:
"Sarılıqla bağlı məsələyə gəldikdə isə burada infeksion sarılıqdan söhbət gedir. Bu, Hepatit A virusudur. Hepatit B, C, D hamısı A virusunun forma dəyişikliyidir. Hepatotrof virusdur. Qaraciyər hüceyrələrində lövbər salır, hüceyrələrin daxilində qaraciyər hüceyrələrinin resurslarından istifadə edərək çoxalır, yaşayır və bu orqanı zədələyərək onda hətta sirroz törədə bilər. Xəstəlik bəzən çox sürətlə inkişaf edə bilir. Buna görə də Heptait A təhlükəli xəstəliklər qismindədir. Bu fekal-oral yolla yayılır. Yəni virus xaric olur, su hövzələrinə kanalizasiyaya və s. düşür. Oradan başqa adamlara yayılır. Elə məhz bunun su hövzəsindən yayılması da təsadüfi deyil. Bu o deməkdir ki, hansısa xəstələr olub ki, oradan yayılıb. Bütün bunlar hamısı epidemiloji vəziyyət qiymətləndirilərkən nəzərə alınmalıdır".
Tibb eksperti əvvəllər virus xəstəliklərinin 3-5 günə sağaldığı halda, indiki dövrdə həftələrlə davam etməsinin səbəbini belə izah edir:
"Xəstələrin sağlam insanlarla kontaktının mümkün qədər azaldılması, xəstələrin azı ev şəraitində, yataq rejimində olması, sahə həkimlərinin bu işə cəlb edilməsi, ümumi təlimat verilməsi, ağır xəstələrin hospitalizasiya olunması şərtdir. İstər Gürcüstanda, istər Rusiyada, istərsə də qonşu ölkələrdə epidemioloji vəziyyətin yaranması təbiidir. Çünki xəstəlik yayılmaqdadır və bir nəfər xeyli adamı yoluxdura bilər. Məsələn, göyöskürəkdə yoluxuculuq 90%-ə yaxındır. Xəstə adamların kontaktı zamanı xəstəlik hava-damcı yolu ilə yayılır və həddən artıq yoluxucudur. Ona görə də sürətlə yayılması mümkündür. Düşünürəm ki, vaksinasiya məsələsinə çox ciddi yanaşılmalıdır.
İnsanların sağlamlığına məsul olan qurumlar da bu işdə maarifləndirmə işini güclü və intensiv təşkil etməlidir".
A.Qeybulla qızılca və suçiçəyi kimi xəstəliklərə təkrar yoluxmanın mutasiya ilə bağlı olduğunu söyləyib:
"Məsələn, qızılca virusunun yeni bir performans göstərməsi, bütün dünyada artıq qeyd edilir ki, təkcə vaksinasiya olunmaqla bağlı deyil. Virusun RNT daşıyıcı olduğuna görə daim dəyişmə, mutasiya meyilləri var və bunlar virusu xeyli dəyişdirib. Virusun insan orqanizminə transferi də məhz vaksinasiya olunmamış zəncirdən keçib və bugünkü vəziyyət yaranıb. Ona görə də Milli Peyvənd Təqvimində nəzərdə tutulan vaksinlər son dərəcə önəmlidir və onların vaxtında sistematik edilməməsi, nəinki bizim ölkə üçün, dünya üçün də təhlükəlidir və bu peyvəndlərlə bağlı təsadüfən də bu cür təqvim müəyyən edilməyib. Bunu vətəndaşlar nəzərə almalıdır. Düşünürəm ki, uşaqların vaksinasiyası icbari xarakter daşımalıdır. Onlar valideynin rəyindən asılı ola bilməz. Çünki valideynə qalsa, bugünkü vəziyyət yaranır".
"Neftçi" "Zirə" ilə bacarmadı
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İspaniya Baş naziri Trampın dəvətini əlinin tərsi ilə geri çevirdi
131 məktəbə direktor təyin olunacaq
"Qalatasaray" 23 yaşlı futbolçunu heyətinə qatır
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb - Davosda
"Real" Arda Gülərə 90 milyon avro qiymət qoydu - "Satılsa, "Fənərbağça" 18 milyon qazanacaq"
500 MİLYON DOLLAR SƏRVƏTƏ SAHİB OLAN İLHAM RƏHİMOVUN HEYKƏLİ: niyə qoyuldu? - Maraqlı iddialar + FOTO
Baş İdarə rəisi vəzifədən azad olunub
Kamran Əsədov məhkəmə zalında həbs edildi - Rektor isə qaynını işdən uzaqlaşdırdı (YENİLƏNİB)
DÜNYANIN 20 ƏN GÜCLÜ ORDUSU: Türkiyə 9-cı sıradadır - SİYAHI
Türkiyədə məşhur aktyor və aktrisalar narkoman çıxdı - Test cavabları açıqlandı + SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"İmişli" - "Araz-Naxçıvan" oyununda qapılara 4 qol vurulub
Bakıda yanan evdə 2 nəfərin meyiti aşkarlandı
İran XİN başçısında Zelenskiyə sərt cavab: "Dünya təlxək klounlardan bezdi, utanmadan..."
CHP-li keçmiş bələdyyə sədrinə hökm oxundu - 6 il 3 ay həbs
AFFA liqalarda yeniliklər etməyə hazırlaşır
GENERAL MƏDƏT QULİYEV BOŞANIB - Açıqlama (Yenilənib)
İsrail ordusu 4 gün əvvəl girdiyi rayondan geri çəkilib - "350 evdə axtarış aparılıb"
Röya Ayxanın bir qardaşı da müğənni imiş... - VİDEO
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yaydı
Xalq artistinin qardaşı oğlu müşavir vəzifəsindən azad edildi - Nazir əmr imzaladı (FOTO)
Türkiyə millisinin üzvü: "Yuventus"da xoşbəxtəm"
"Aston Villa" "Beşiktaş"ın hücumçusunu istəyir - 21 milyon avro və futbolçu təklif edilib
Bakıda eksternat imtahanlar elektron qaydada keçiriləcək
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
Maliyyə Nazirliyi süni intellektin tətbiqi ilə bağlı işə başlayıb
"Qalatasaray" daha bir oyunçu ilə yollarını ayırır
Qarabağda yaşayan 10 erməni Ermənistana təhvil verilib
9 ay əvvəl vəzifəyə təyin edilən xanım çıxarıldı - "Dəmir Yolları”ndan yeni kadrlar gətirilib (FOTO)
Niyaməddin Musayevin qızı haqda maraqlı məlumatlar yayıldı: polkovnik, şöbə rəisi...
Sabahın hava proqnozu açıqlandı
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
Komitə sədri özünə yeni köməkçi götürüb - FOTO
SAHİBKARLIQ SAHƏSİNDƏ YOXLAMA: daha bir il qadağan olunacaq
65 yaşlı fəhlə binadan başına yük düşməsi nəticəsində ölüb
Zahid Oruc: "Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var"
İranda aksiyada ölənlərin sayı 5 mini ötüb - Son məlumat yayıldı
Agentlik büdcənin "ağzı"nı taybatay açıb - Türkiyədən jurnalist və blogerlərin ölkəmizə səfəri üçün 754 min manat xərclənəcək
Deputat: “Bunu hansı ağılla “Azəriqaz” adlandırmısınız?”
Axtarışda olan iki azərbaycanlı Gürcüstandan ekstradisiya olunub