"Veysəloğlu"ndakı əcnəbilərlə yollar ayrılır

img

22-01-2024 [11:09]


"Veysəloğlu Şirkətlər" Qrupuna daxil olan “ARAZ” supermarketlər şəbəkəsində kadr dəyişikliyi olub.

Mia.az Banker.az-a istinadla xəbər verir ki, “Araz Supermarket”də əməliyyatlar direktoru Kristof Burgieli vəzifəsindən ayrılıb.

Kristof Burgiel Krakov İqtisadiyyat Universitetinin Marketinq və Menecment fakültəsində təhsil alıb. Kristof Burgiel 1996-1997-ci illərdə “Cola-Cola” şirkətinin Polşa təmsilçiliyində Satış təmsilçisi, 1997-2000-ci illərdə “GEANT POLAND” şirkətində Qida Departamentinin rəhbəri, baş ofisi İngiltərənin Cheshunt şəhərində yerləşən “TESCO”da 2000-ci ildən etibarən fəaliyyət göstərmiş və şirkətin Polşa təmsilçiliyində Hipermarket direktoru, Regional əməliyyatlar üzrə direktor, Əməliyyatlar üzrə direktor, Açılışlar üzrə direktor kimi rəhbər vəzifələrdə çalışmışdır.

Xatırladaq ki, Veysəloğlu Şirkətlər Qrupunun rəhbəri AydınTalıbovdur. Onun şəbəkəsinə "Oba Market"lər də daxildir.

Bəzi iddialara görə, A.Talıbov əcnəbiləri Avropadan aldığı qrantlara əlaqədar biznes şəbəkəsinə "calayıb".

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq