Xankəndidə növbəti dəfə silah-sursat aşkarlanıb

img

22-01-2024 [10:05]


Polis əməkdaşları Xankəndi şəhəri ərazisində növbəti dəfə silah-sursat aşkarlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 20-21 yanvar tarixlərində Xankəndi şəhəri ərazisində 10 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd pulemyot, 4 ədəd müxtəlif markalı tapança, 2 ədəd tüfəng, 4 ədəd qumbara, 52 ədəd patron darağı, 1972 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR