Rusiya MN: "Xarkov vilayətində daha qəsəbəsini tutduq"

img

22-01-2024 [00:16]


"Ukraynanın Xarkov vilayətində Kraxmalnoye qəsəbəsini tutduq".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Nazirlik bildirib ki, Rusiya hərbi qüvvələri Ukraynada xüsusi hərbi əməliyyatı uğurla davam etdirir: “Qərb qüvvələrimizin uğurlu əməliyyatları nəticəsində Xarkov vilayətində Kraxmalnoye yaşayış məntəqəsinə nəzarət tam bərpa olunub".

Nazirlik qeyd edib ki, son sutkada Xarkov, Luqansk, Donetsk Xerson və Zaporojya vilayətlərində Ukrayna ordusuna məxsus 43 PUA məhv edilib: “Bununla da hərbi əməliyyat başlayandan indiyədək 567 təyyarə, 265 helikopter, 10 min 957 PUA, 450 hava hücumundan müdafiə sistemi, 14 min 708 tank və zirehli texnika, 1203 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 7 min 799 haubitsa və minaatan, o cümlədən 17698 müxtəlif xüsusi hərbi texnika səradan çıxarılıb".

Zülfiyyə

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR