Xalq yazıçısı Anarın 85 illiyinə həsr olunmuş hekayə müsabiqəsinin qalibləri açıqlandı - SİYAHI

img

18-01-2024 [19:53]


Azərbaycan Ədəbiyyat Fondu ilə “Ulduz" jurnalı “Ədəbiyyat və İncəsənət" portalının media dəstəyi ilə görkəmli qələm ustası, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 85 illik yubileyinə həsr edilmiş, yaşı 35-dək gənc yazarlar arasında hekayə müsabiqəsi keçirib.

Mia.az xəbər verir ki, “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ölkədə gənc nasirlərin nəsr nümunələrinin daha da püxtələşməsinə xidmət edən, mövzu seçimi sərbəst olan müsabiqədə Münsiflər tərəfindən 8 finalçı müəyyənləşib.

Finalçıların adları öncəki günlərdə açıqlanıb və finalçılar aşağıdakılardır:

Elay İsmayılov;

Xanbala Mahmudov;

Cavid Babayev;

Orxan Cuvarlı;

Bəşir Niftəliyev;

Şəhriyar Bəhmənov;

Səma Quliyeva;

Pərviz Əlyaroğlu.

Qalib və mükafatçıların adlarını isə Münsuflər Heyəti bu gün bəyan edib.
 

Beləliklə:

HƏVƏSLINDİRİCİ YERLƏR

Bəşir Niftəliyev, 
Səma Quliyeva

3-CÜ YER

Xan Abdulla

2-Cİ YER

Orxan Cuvarlı

1-Cİ YER

Cavid Babayev

Mükafatlandırma mərasimi barədə əlavə məlumat veriləcək. 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR