İrandan Pakistanın hücumu barədə daha bir açıqlama: "7 mülki şəxs ölüb" - İslamabad isə "xeyli terrorçu məhv edilib" deyir

img

18-01-2024 [09:56]


"Pakistanın səhərə yaxın sərhədyanı bölgəyə hücumu nəticəsində mülki şəxslər ölüb".

Mia.az xaric mətbuata istinadla xəbər verir ki, bunu İran dövlət televiziyasına danışan Sistan-Bəlucistan əyalətinin qubernatorunun müavini Əli Rza Merhameti bildirib.

Onun sözlərinə görə, Pakistan səhər saatlarında vilayətin sərhəd bölgəsindəki kəndə raket zrəbələri endirib: “Nəticədə iranlı olmayan 3 qadın və 4 uşaq həyatını itirib”. 

Merhameti vilayətin Seravan şəhərindəki partlayışda isə  öləın və yaralanan olmadığını deyib.

Xatırladaq ki, Pakistan Xarici İşlər Nazirliyi İranın Sistan-Bəlucistan əyalətində “terrorçuların gizləndiyi yerlərə” qarşı yüksək koordinasiyalı raketlərlə zərbələr endirildiyini təsdiqləyib: "Kəşfiyyat məlumatlarına əsaslanan əməliyyat zamanı çoxlu sayda terrorçunun öldürülüb".

Firudin Səfərli

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR