Türkiyə kubokunda sürpriz: superliqa komandası 2-ci liqa komandasına uduzub

img

18-01-2024 [00:23]


"Anagold 24Erzincanspor" Ziraat Türkiyə Kubokunda böyük sürpriz edib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, TFF 2-ci Liqa komandası əsas və əlavə vaxtı 2-2 bitən matçda superliqa təmsilçisi "Yukatel Adana Dəmirspor"u penaltilər seriyasında 7-6 məğlub edərək 1/16 tura yüksəlib.

Oyunda gəldikdə, "Yeni Adana Stadionu"nda keçirilən matçın ilk hissəsində qapılara qol vurulmayıb.

Qonaq komanda "Anagold 24Erzincanspor" 65-ci dəqiqədə Ziya Alkurt və 77-ci dəqiqədə Özkan Yiğiterin vurduğu qollarla Adanada səfərdə 2-0 önə keçsə də, ev sahibi "Yukatel Adana Dəmirspor" 89-cu dəqiqədə Eduard Miçut, 90+2-də isə Əmrə Akbabanın qolu ilə hesabı bərabərləşdirib.

Hakimin oyuna əlavə etdiyi 30 dəqiqədə hesab dəyişməyib - 2:2.

Qeyd etdiyimiz kimi, penaltilər seriyasında "Adana Dəmirspor" üzərində 7-6 qalib gələn "Anagold 24Erzincanspor" son 16 tura vəsiqəni təmin edib.

Xatırladaq ki, yanvarın 22-də Ziraat Türkiyə Kubokunda son 1/16 turun püşkü atılacaq.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq