Rusiya MN: "Ukraynanın Belqoroda raket və PUA hücumlarının qarşısını aldıq"

img

17-01-2024 [16:07]


"Ukraynanın Belqoroda yönəlik raket və İHA hücumlarının qarşısını aldıq".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Nazirlik bildirib ki, Ukrayna gecə saatlarından etibarən Belqorod vilayətinə PUA və raketlərlə zərbələr endirməyə cəhd edib: "Ukrayna Moskva vaxtı ilə saat 02.40 radələrində Rusiyanın cənub sərhədindəki Belqorod bölgəsinə “Olha” çoxlüləli reaktiv yaylım atəş sistemi və təyyarə tipli PUA-larla terror aktlarına cəhd etsə də, hava hücumundan müdafiə sistemləri bunun qarşısını alıb. Nəticədə Ukraynanın 7 raket və 4 PUA-sı havada məhv olunub".

Nazirlik qeyd edib ki, Ukrayna səhər saatlarında da RM-70 “Vampir” çoxlüləli reaktiv yaylım atəş sistemi və təyyarə tipli PUA ilə Belqoroda yenidən hücuma cəhd etsə də, bu da nəticəsiz qalıb: "Ukraynanın daha  4 raket və 2 PUA-sı sıradan çıxarılıb. Yerli vaxtla saat 12-də daha bir PUA ilə hücum cəhdi də uğursuzluqla yekunlaşıb".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR