Azərbaycanda jurnalistin vəhabi qardaşı qaçmaq istədi, polis yolunu kəsdi

img

16-06-2014 [15:14]


"Paralel” qəzetinin əməkdaşı Akif Nəsirlinin sələfi təriqətinin üzvü olan qardaşı geri qaytarılıb.

 

Axar.az xəbər verir ki, jurnalistin qardaşı Firuz Nəsirov Türkiyəyə getmək istəyib. Akif Nəsirlinin polisə müraciət etməsi isə bunun qarşısını alıb.

 

Qeyd edək ki, A.Nəsirli qardaşının Suriyaya döyüşməyə gedəcəyindən şübhələnirdi. Artıq onun ölkədən çıxmasına razılıq verməyiblər və A.Nəsirli qardaşını geri qaytara bilib.

 

A.Nəsirlinin sözlərinə görə, qardaşı 1981-ci il təvəllüdlüdür və Beyləqanın Əlinəzərli kəndində anadan olub. Orta təhsilli bu gənc əvvəllər musiqi ilə məşğul olub, sələfilərə qoşulandan sonra musiqini buraxıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA