ABŞ ordusu: "Husilər "USS Laboon" döyüş gəmisinə qanadlı raketlər atıblar"

img

15-01-2024 [12:15]


"Husilər USS Laboon döyüş gəmisinə qanadlı raketlər atıblar".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) açıqlayıb.

Bildirilib ki, Yəməndə husilərin nəzarətində olan bölgədən gəmi əleyhinə qanadlı raketi atılıb: "Raket Yəmənin Hudeydə şəhəri sahilləri yaxınlığında ABŞ döyüş təyyarələri tərəfindən vurulub. Hadisə nəticəsində ölənvə ya yaralanan, həmçinin dağıntı olmayıb".

Xatırlaadq ki, İsrailin Qəzzaya hücumundan sonra husilər Qırmızı dənizdə İsrailə məxsus ticarət gəmilərinə zərbələr endirir. Bu isə dənizdə gərginlik yaratmaqla yanaş, beynəlxalq ticarətə problem yaradır. Bu səbədən ABŞ və Britaniya bir neçə gün əvvəl husilərə zərbələr endiriblər. Husilər isə bu zərbələrə qarşılıq verəcəklərini bəyan ediblər.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR