DAHA BİR NAZİR MÜAVİNİ VƏZİFƏDƏN AZAD EDİLDİ - Sərəncam (FOTO)

img

12-01-2024 [17:47]


Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev tutduğu vəzifədən azad olunub.

Məlumata görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb(Report).

Qeyd edək ki, Musayev Yəhya Musa oğlu 1959-cu ildə Bakıda anadan olub.

O, 2006-cı ildən Müdafiə Sənayesi nazirinin müavini vəzifəsi işləyirdi.

Xatırladaq ki, Prezident İlham Əliyevin ötən ilin noyabrın 18-də imzaladığı sərəncamla Vüqar Valeh oğlu Mustafayev müdafiə sənayesi naziri təyin olunub.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR