Xankəndidə yenə silah-sursat tapılıb

img

12-01-2024 [10:40]


Yanvarın 11-də Xankəndi şəhərində 13 ədəd müxtəlif markalı avtomat silahı, 4 ədəd tapança, 27 ədəd qumbara aşkarlanıb.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, bundan başqa 20 ədəd qumbara alışdırıcısı, 7 ədəd müxtəlif markalı tüfəng, 83 ədəd patron darağı, 3663 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR