Prezident seçkiləri: 17 500-dən çox müşahidəçi akkreditasiyadan keçib

img

11-01-2024 [13:00]


Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləmək üçün 17 500-dən artıq müşahidəçi akkreditasiyadan keçib.

Mia.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təqribən 6 300 seçki məntəqəsi olacaq və hər birinə 3 müşahidəçi düşəcək: “Müşahidəçi nə qədər çox olsa, o qədər yaxşıdır”(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq