Bıçaqlanan müxalifət lideri xəstəxanadan evə buraxılıb: "Rəqiblərimizi öldürüb yox etməməliyik"

img

10-01-2024 [14:28]


Cənubi Koreyada bıçaqla hücuma məruz qalan ana müxalifətçi Demokratik Partiyasının lideri Li Jae-Myunq xəstəxanadan evə buraxılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, xəstəxanadan çıxarkən "savaşçı siyasətə son qoymalıyıq" mesajı verib deyib:

"Ümid edirəm ki, hamımızı şoka salan bu hadisə nifrət və qarşıdurma siyasətinə son qoyulmasında və sayğın bir siyasətin formalaşmasındadönüş nöqtəsi olacaq. biz birlikdə mövcud nifrət dilli siyasəti dəfn etməliyik. Rəqiblərimizi öldürüb yox etməməliyik".

Xatırladaq ki, yanvarın 2-də Pusanın Gadeok adasındakı tikinti sahəsinə səfəri zamanı mətbuatın suallarını cavablandırarkən bir nəfər avtoqraf almaq bəhanəsi ilə Liyə yaxınlaşıb və qəfil əlindəki kəsici alətlə onun boynuna xəsarət yetirib.

Hadisəni törədən şəxs saxlanılıb. 

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq