Ukraynanın Ankaradakı səfiri: "Rusiya ordusu çıxarılmadan sülh danışıqları olmayacaq"

img

10-01-2024 [11:31]


"Rusiya ordusu geri çəkilmədikcə, sülh danışıqlarından söhbət gedə bilməz".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Ukraynanın Ankaradakı səfiri Vasili Bodnar keçirdiyi brifinqdə deyib.

Səfir bildirib ki, hazırkı şərtlərdə Rusiya ilə sülh Ukraynada xəyanətdir: "Bu şərtlər altında Rusiya ilə sülhün yaradılması Ukraynada xəyanət sayılır. Bir milyondan çox ukraynalının silahı var. Hazırda "Rusiya ilə barışırıq” demək, cəmiyyəti parçalamaq deməkdir".

Taxıl dəhlizi prosesinə də toxunan Bodnar bildirib ki, dünya bazarında buğdanın qiymətinin sabit saxlanılması Türkiyə və Ukraynanın uğurudur.

Səfirə həmçinin İsrailin Qəzza zolağına hücumlarının nəticələri barədə də sual verilib.

Bodnar bildirib ki, ABŞ-ın İsrailə dəstəyi Ukraynaya silah tədarükünün həcminə və prosesinə təsir edir.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq