Şirvanda neft quyusunda qaz püskürüb (Yenilənib)

img

10-01-2024 [09:21]


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şirvan şəhəri yaxınlığında neft quyusunda dəlmə işləri aparılan zaman qaz fontanı baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Mia.az FHN-ə istinadla xəbər verir ki, təhlükəsizlik tədbirləri çərçivəsində hazırda yanğından mühafizə bölmələri ərazidə növbə çəkir, həmçinin fontanın qarşısının alınması üçün aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür.

***

***

Şirvanda neft quyusunda qaz püskürüb.

Mia.az Report-a istinadla xəbər verir ki, hadisə dünən saat 20:38-də “Şirvan OİL Company LTD” şirkətinin 1 saylı neft-qazçıxarma məntəqəsində baş verib.

Belə ki, 715 saylı neft quyusunda suqarışıq qaz fontan vurub.

Məlumat daxil olan kimi hadisə yerinə FHN-in Şirvan yanğından mühafizə hissəsinə məxsus 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.

Qaz fontanının yanğına keçməməsi üçün lazımi tədbirlər görülür.

Qeyd edək ki, hadisə yerinə mütəxəssislərin gəlişi gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR