BMT: "Qəzza zolağı artıq yaşamaq üçün yararsız məkana çevrilir"

img

10-01-2024 [00:14]


"Qəzza zolağı artıq yaşamaq üçün yararsız məkana çevrilir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) sözçüsü Adnan Əbu Hasene deyib.

O, İsrailin 3 aydan artıqdır bombaladığı Qəzza zolağının artıq normal həyat üçün yararsız bir yerə çevrildiyini bildirib.

BMT-nin “UN News” xəbər saytına müsahibə verən sözçü qeyd edib ki, Qəzza zolağından 1.9 milyon nəfər yerindən didərgin düşüb: "Hazırda onlardan təxminən 1,4 milyonu 155 məktəb və sığınacaqda qalır. Etiraf etmək gərəkdir ki, artıq BMT-yə məxsus sığınacaqlarda köçkünləri qarşılmaq mümkün deyil. Hər an əhali arasında "partlama" baş verə bilər".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR