Seçkiqabağı təşviqat üçün görüş yerlərinin siyahısı açıqlanıb

img

09-01-2024 [10:43]


2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb.

Bununla bağlı siyahını Mərkəzi Seçki Komissiyası (MSK) təqdim edib.

MSK-nın rəsmi saytında yerləşdirilən siyahıya əsasən, daimi görüş yerləri 139-u açıq, 139-u qapalı olmaqla, ölkə üzrə ümumilikdə 278 yer müəyyən olunub.

Həmin siyahıda Zəngilan rayonunun Ağalı kəndində, Şuşa şəhərində, Laçın şəhəri və Laçının Zabux kəndi ərazisində ayrılan yerlər də qeyd olunub.

MSK-nın ayırdığı yerlərdən bütün təşviqat subyektləri bərabər əsaslarla ödənişsiz istifadə edə bilərlər.

Qeyd edək ki, növbədənkənar Prezident seçkiləri 2024-cü il fevralın 7-nə təyin edilib. Bu, işğaldan azad edilmiş ərazilərdə də keçiriləcək ilk seçkidir(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq