Cəbrayılda silah-sursat tapılıb - FOTO

img

09-01-2024 [09:45]


Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər zamanı silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a bildirilib ki, polis əməkdaşları 3 avtomat, 1 pulemyot, 1 qumbaraatan, patronlar və digər sursatlar aşkar edərək götürüb.

Bundan əlavə keçirilən profilaktiki tədbirlər nəticəsində rayon sakinləri özlərində olan 3 ov silahını da polis əməkdaşlarına təhvil verib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR