İstanbulda ictimai nəqliyyatda gediş haqları qalxdı

img

08-01-2024 [16:54]


İstanbulda taksi və avtobuslarda gediş haqları artırlıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbulda taksi xidməti üzrə tarifləri 28,09 faiz, avtobuslarda isə 18 faiz qalxıb.

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) Nəqliyyat Koordinasiya Mərkəzinin məlumatına görə. qərar qüvvəyə minib.

Bununla da taksiyə minib-düşmə  haqqı 70 TL-dən 90 TL-yə, taksi açılış haqqı 19,17 TL-dən 24,55 TL-yə yüksəlib.

Avtobusda gediş haqqı məsafədən asılı olaraq 15.50 TL ilə 20 TL arasında dəyişəcək. Mikroavtobusda tələbələrin gediş haqqı 10 lirəyə qalxıb.

Firudin Səfərli

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR