Deputat naziri "topa tutdu": "Təkrar edirəm, bu fikri o insan söyləyə bilər ki..."
08-01-2024 [15:40]
Elm və təhsil naziri Emin Əmrullayev verdiyi son açıqlamalarla yenə də ictimaiyyətin diqqətini özünə cəlb etməyi bacarıb. Amma bu dəfə də mənfi mənada. Belə ki, nazir “İctimai TV"yə müsahibəsində “Ən yaxşı təhsil sistemi Sinqapurdadır. Orada bir sinifdə standart olaraq 40 şagird təhsil alır. Keyfiyyəti, hazırlığı yerində olan müəllim hazırlığı yerində olmayan müəllimin 6 uşaqla göstərdiyindən daha yaxşı nəticəni 40 uşaqla göstərir. Bizim təhsil sistemimizin sıxlıq problemi yoxdur. Sıxlıq yalnız bir neçə məktəbdə var" fkirlərini səsləndirib. Əmrullayev bu azmış kimi, sinifdə daha çox şagirdin oxumasının təhsil prosesinə mənfi təsir göstərməsini mif adlandırmaqdan da çəkinməyib. Fikirləri ilə yenidən gündəm olan Emin müəllimə qarşı tənqidlərin ardı-arası kəsilmir. Bildirilir ki, 10-20 nəfərlə keçirilən dərslərin keyfiyyəti yoxdur, 40 nəfərlə necə ola bilər?
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Pravda.az-a açıqlamasında müzakirələri belə şərh edib:
“Biz elm və təhsil nazirinin məktəblərdə sıxlığın aradan qaldırılması ilə bağlı məsələyə daha əsaslı formada yanaşmasını gözləyirdik. Mən parlamentdə də məsələni qaldırmışdım ki, bu gün xüsusilə Bakıdakı məktəblərdə çox ciddi sıxlıq var. Sıxlıq özünü Bakı kəndlərində və bəzi rayonlarda da ciddi şəkildə göstərir. Elm və Təhsil Nazirliyi problemdən çıxış yolu axtarmaq əvəzinə, Azərbaycan xalqını bu məsələ ilə barışmağa çağırır, sıxlığın normal olduğunu söyləyir. Belə bir fikir söyləmək üçün insan ya auditoriyadakı vəziyyətdən xəbərsiz olmalıdır, ya da bu, bilərəkdən real vəziyyəti təhrif etmək məqsədi daşıyır. Məktəblərdəki bu problemi bilmək üçün xüsusi bacarığa, istedada malik olmaq lazım deyil.
Mən bu gün universitetdə müəllim işləyirəm, auditoriyada dərs deyirəm, hər il tələbələrin sayı dəyişir. Açıq-aydın görürəm ki, 10, 20, 30, hətta 5 nəfərlə dərs demək nə qədər fərqlidir. Bu məsələdə dünya standartları, eyni zamanda Azərbaycan reallığı var. Azərbaycan reallığında bir sinifdə 40 tələbənin olması dərslərin keyfiyyətinə çox ciddi təsir göstərir. Burada sadə məntiq var.
Məsələn, evə tapşırıq vermisiniz, yaxud mühazirə keçmisiniz, tələbələrdən dərs soruşursunuz. Bir var ki, 45 və ya 90 dəqiqə ərzində siz 10 tələbəyə vaxt ayırırsınız, onlardan dərs soruşursunuz, bir də var ki, 40 tələbədən. Bu, həm dərsin keyfiyyətinə ciddi təsir edir, həm də birmənalı olaraq 40 nəfərlik auditoriyanı idarə etmək daha çətindir, xüsusilə, indiki vəziyyətdə. Sözün açığı, belə bir açıqlamanın verilməsi qəbuledilən deyil. Təhsil ictimaiyyətinin də tənqidi reaksiya verməsi təbiidir. Çünki nazir Emin Əmrullayevin açıqlaması real vəziyyətlə uyğun gəlmir. Təkrar edirəm, bu fikri o insan söyləyə bilər ki, ömründə bir dəfə auditoriyaya girməsin, tələbələrə dərs keçməsin. Davamlı olaraq auditoriyaya girən bir şəxs kimi bu məsələnin çətinliyini çox yaxşı bilirəm və anlayıram. Hesab edirəm, bu kimi açıqlamalar verilərkən çox ehtiyatlı və diqqətli olmaq lazımdır. İnsanları bu vəziyyətlə barışmağa yox, mərkəzi icra hakimiyyəti kimi aidiyyəti qurumlar qarşısında məsələ qaldırmalıyıq ki, məktəblərdəki sıxlıq aradan qaldırılsın. Sıxlığın həlli yolu ondan keçir ki, yeni məktəblər tikilsin, yaxud hər bir şagird öz bölgəsindəki məktəbdə təhsil alsın. Belə məsələlərin cəmiyyətə açıq-aydın ötürülməsi stereotiplərin qırılması deyil, əslində, Azərbaycan təhsilinə yanaşmanın düzgün və sağlam olmamasının göstəricisidir”.
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?
SOCAR-la "PALMALİ" ARASINDA QALMAQAL: "Mübariz Mənsimov və şirkət işçiləri ifadə veriblər" - MƏHKƏMƏ PROSESİ
Vəzifədən azad edilən aparat rəhbərinə bu nazirlikdə vəzifə verildi
Misli Premyer Liqası: XXVI turun oyun proqramı açıqlanıb
MİDA-da aparat rəhbəri dəyişdi - Fərman Qurbanlı getdi, MMC işçisi yüksək vəzifəyə gətirildi
Sabah yağış yağacaq
İran İsrailə yeni nəsil raketləri fırladıb - Açıqlama
Neftçala sakini dəm qazından zəhərlənib
İran BƏƏ-ni ittiham etdi, ardınca hava limanına sərt zərbə endirdi