Məhərrəm Novruzovun kürəkəni barədə qərar ləğv edildi - 4 adam öldürən “Əlincə”nin prezidenti yenə hakim qarşısına çıxarılacaq
09-01-2024 [19:49]
Novxanı-Sumqayıt yolunda “Range Rover”lə qəza törədərək dörd nəfərin ölümünə səbəb olan “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyevlə bağlı qərardan verilmiş kassasiya protestinə baxılıb.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Ali Məhkəmədə keçirilən iclasda prokuror etirazını əsaslandırıb.
Protestdə deyilirdi ki, məhkum Kəlbəliyev haqda apellyasiya məhkəməsinin qərarı qanunauyğun deyil. Həmçinin təyin olunmuş cəza cinayətin ağırlığına münasibətdə yüngülür. Həmin qərara əsasən, 4 nəfərin ölümünə səbəb olan iş adamının cəzası 8 ildən 5 ilə endirilib. Digər güzəşt isə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsinə qərar verilməsi olub.
Ələsgər Novruzovun sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, prokurorun etirazı əsaslı hesab edilməlidir. Qərara əsasən, E.Kəlbəliyev haqda yüngül qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.
Xatırladaq ki, 2021-ci ildə E.Kəlbəliyevin sərxoş halda idarə etdiyi “Range Rover” markalı maşınla Murad Ziyadovun idarə etdiyi “Daeewo Damas” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “Daeewo” markalı avtomobilin sürücüsü M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri Kamran Əhmədov, Ülman Şıxəliyev və Tovuz rayon sakini Yunis Əhmədov ölüblər.
Kəlbəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkə müəssisəsində çəkməsi şərti ilə 9 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə həbs müddətini 8 ilə endirib. Bundan sonra müdafiə tərəfi və zərərçəkmiş şəxslərin hüquqi varislərinin şikayəti ilə Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarını tamamilə ləğv edərək işi geri qaytarıb. Bakı Apellyasiyasiya Məhkəməsinin yeni qərarı ilə məhkum cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 5 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, E.Kəlbəliyev “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun kürəkənidir.
MİA.AZ
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?
SOCAR-la "PALMALİ" ARASINDA QALMAQAL: "Mübariz Mənsimov və şirkət işçiləri ifadə veriblər" - MƏHKƏMƏ PROSESİ
Vəzifədən azad edilən aparat rəhbərinə bu nazirlikdə vəzifə verildi
Misli Premyer Liqası: XXVI turun oyun proqramı açıqlanıb
MİDA-da aparat rəhbəri dəyişdi - Fərman Qurbanlı getdi, MMC işçisi yüksək vəzifəyə gətirildi
Sabah yağış yağacaq
İran İsrailə yeni nəsil raketləri fırladıb - Açıqlama
Neftçala sakini dəm qazından zəhərlənib
İran BƏƏ-ni ittiham etdi, ardınca hava limanına sərt zərbə endirdi