Qar yağacaq - Xəbərdarlıq

img

08-01-2024 [14:32]


Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra yanvarın 10-da hava şəraitinin dəyişəcəyi, qısamüddətli güclü şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 18-23 m/s, arabir 25-28 m/s, gecə yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir. Gündüz tədricən zəifləyəcək.

Mia.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər vrir ki, əsasən axşam saatlarında arabir yağıntılı olacağı, bəzi şəhərətrafı ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enərək, gecə və gündüz saatlarında 5°-dək isti olacağı gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR