İsveç Müdafiə nazirindən sensasion bəyanat: "Müharibəyə hazır olmalıyq"

img

08-01-2024 [00:01]


"İsveçdə müharibə ola bilər".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sensasion bəyanatı İsveçin Mülki Müdafiə naziri Karl Oskar Bohlin Dalarna bölgəsindəki Salen hərbi bazasında keçirilən Milli Xalq və Müdafiə Konfransında çıxış edərkən deyib.

Rusiya təhdidinin ciddi qəbul edilməsinin vacibliyini qabardan nazirin sözlərinə görə, ölkəsi hər an başlaması gözlənilən müharibəyə hazır olmalıdır: "Xalqımız müharibəyə hazır olmalıdır".

Nazir bildirib  ki, Rusiyanın Ukraynaya hücumu nəticəsində onsuz da gərgin olan Avropada təhlükəsizlik vəziyyəti son bir ildə daha da pisləşib: "Rusiyanın sürətlə silahlanmasına çox ciddi yanaşmaq lazımdır. Təxminən 210 ilə yaxındır ki, sülh xalqımız üçün xoş yoldaş olub. Lakin bu gün belə deyil, vəziyyət dəyişib. Mən məsul bir nazir kimi, bu faktı İsveç xalqına izah etməliyəm".

İsveç hökumətinin ölkənin müharibəyə hazırlanması və müdafiə qabiliyyətini artırmağa çalışdığını bildirən Bohlin qeyd edib ki, Ukraynanın Rusiyaya qarşı müqavimətini d özləri üçün örnək alırlar.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR